Məşhur həkim qadınların infeksion xəstəliklərə davamlı olmasının səbəblərini AÇDI
Bizi izləyin

Sağlamlıq

Məşhur həkim qadınların infeksion xəstəliklərə davamlı olmasının səbəblərini AÇDI

Kişi COVID-19 xəstələri stasionarda qadınlarla müqayisədə 4 dəfə çoxdur. Ölüm faizi də 2,4 dəfə kişi xəstələrdə çoxdur.

Publika.az xəbər verir ki, bu sözləri anestezioloq-reanimatoloq Şahin Məmmədov deyib. O, kişilərin qadınlardan daha çox bu xəstəliyə yoluxmasının səbəblərini izah edib:

1. Kişilər qadınlara nisbətən daha az əllərini sabunla yumağa meyillidir. Qadınlar bizdən təmizkardır.

2. Qadınlar daha çox maska taxmağa, qaydalara riayət etməyə meyillidir.

3. Kişilər siqaret çəkir və alkoqol qəbul edir. Bu, xroniki xəstəlikləri artırmaqla immuniteti aşağı salır.

4. Kişilər arasında ürək-damar xəstəliklərinin çox olması bu xəstəlikdən ölüm riskini artırır.

5. Kişilər yüngül xəstəlik əlamətlərinə fikir vermir və həkimə gec müraciət edirlər. Müalicədə yubanma onlara sonra baha başa gəlir.

Bəzi bioloji səbəblər də var:

1. Estrogen və progesteron. Başqa viruslarda olduğu kimi, koronavirus əleyhinə də qoruyucu hormonlar olduğu düşünülür. Hətta hazırda 2 tədqiqat gedir: kişi xəstələrə estrogen müalicəsi təyin olunur. Postmenopauzal dönəmdə də qadınlarda estrogen azalsa da, kişilərdəkindən çox olur. Qadınlarda estrogen çox aşağı olan vaxtlar isə 70-80 yaşdan yuxarı vaxtda olur.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm