Sağlamlıq
Dietoloq qara çörək istifadəsinin nələrə səbəb ola biləcəyini izah etdi
Bir çox mütəxəssis 2-ci tip diabetli insanlara ağ çörək əvəzinə qara çörək yeməyi məsləhət görür.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, dietoloq Maykl Mosli bu məhsulu seçərkən çox diqqətli olmağı tapşırır, çünki bəzi növləri qanda şəkər səviyyəsinin artmasına səbəb olur. Onun sözlərinə görə, mağazada ala biləcəyiniz bir çox qara çörək növündə dadını yaxşılaşdıran və insanın qanındakı şəkər səviyyəsini artıra biləcək müxtəlif qatqılar var. Ekspert diabetli insanlar üçün çörək yox, kəpəkli dənli bitkilər (bulqur, çovdar, arpa, qəhvəyi düyü, qarabaşaq yarması), həmçinin paxla yeməyin daha faydalı olduğunu qeyd edib.
Bu məhsullarda şəkərdəki kəskin dalğalanmalara maneə törədən kompleks karbohidratların və bağırsaq mikroflorasını dəstəkləyən lifin olduğu bildirilir. Şirniyyat, tort, çipsi, meyvə şirəsi və qazlı içki istifadəsinin məhdudlaşdırılması da tövsiyə olunur.
Elm adamlarının apardığı araşdırmaya əsasən, yumurta da 2-ci tip diabetin inkişaf riskini əhəmiyyətli dərəcədə artırır.
Aytən Məftun
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR