Sağlamlıq
Həkim kovid xəstələrinin müalicəsi haqqında VACİB DETALLARI açdı
Koronavirus xəstələrinin bəzisində çox güclü iştahasızlıq müşahidə edilir. Həm dad bilmənin itməsinə, həm də ürəkbulanmaya və depressiyaya görə yeməyə qarşı ikrah hissi olur. Bu cür xəstələrə gündə 4 dəfə 1 çay qaşığı balıq yağı içmək tövsiyə olunur. Balıq yağı iştahı artırır, doyma hissini azaldır.
Publika.az xəbər verir ki, bu sözləri tanınmış həkim, anestezioloq-reanimatoloq Şahin Məmmədov deyib. Həkim təyin edilən dərmanlar barədə vacib tövsiyələr verib:
"B1 vitamini çatışmazlığı ehtimal olunursa, ( məsələn sidik qovucu ilə müalicə) B1 təyin edin.
Xəstədə qanda qlükoza yuxarıdırsa, aclıq hissi olmayacaq, qlükozanı normallaşdırın. Ən güclü iştahgətirici maddələrdən birinin insulin olduğunu xatırladıram, ehtiyatla istifadə etmək olar.
Həzmi yaxşılaşdıran festal, köpü götürən espumizan, aktivia, aktiv kömür pereparatları ehtiyac varsa, təyin olunmalıdır.
Depressiyanı götürmək üçün antidepressant təyin etmək olar.
1 ampul "Dynamogen" yeməkdən 1 saat qabaq içilməlidir. MAO inhibitor antidepressant yazılıbsa, bu pereparat olmaz. Amma antidepressant qəbul etməyən xəstələrə gündə 3 ampula qədər içmək olar.
Marinol pereparatı yalnız ən ağır anoreksiyası olan (anorexia nevroza, QİÇS) ümidsiz xəstələrə verilməlidir. Müəllimim professor Musa Qəniyevlə də bu barədə məsləhətləşdim, bu pereparatın satışı bizim ölkə də daxil olmaqla bir çox ölkələrdə qadağandır. Sadəcə həkimlərə ən son variant kimi xatırlatmaq olar.
Bəzən yuxarıdakıları heç cür qəbul edə bilməyən xəstələr də olur, adi tableti də içməkdən imtina edənlər. Onlara sedasiya ilə müvəqiqəti nazoqastral zond qoyaraq yuxarıdakıları tətbiq etmək olar, həzm sistemi aktivləşənə qədər".
Aytən Məftun
-
Sağlamlıq01:11C vitamini ilə bağlı mif dağıldı - Soyuqdəyməyə qarşı kömək etmir, əksinə..
-
Magazin100:15Könül Kərimovanın qızı boşandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu, münasibətinizi daha da gücləndirəcək
-
Magazin229 Avqust 23:36Cem Yılmaz xəstəxanaya yerləşdirildi
-
ABŞ29 Avqust 23:00Tramp CNN telekanalı ilə bağlı elə sözlər dedi ki...
-
MDB29 Avqust 22:24Qadın liftdə uşaq dünyaya gətirdi
-
Sağlamlıq29 Avqust 22:12Mədə şişkinliyinə qarşı bunları edin
-
İnanc29 Avqust 21:12Azərbaycandakı yəhudi icmaları ittihamlara belə cavab verdi





















.webp)
.png)









.jpg)
.jpg)