İmmunoloq vacib faktı açıqladı: Koronavirus peyvəndləri...
Bizi izləyin

Sağlamlıq

İmmunoloq vacib faktı açıqladı: Koronavirus peyvəndləri...

Koronavirus əleyhinə peyvəndlər xəstəliyi keçirənlər üçün də faydalıdır.

Publika.az xəbər verir ki, bu barədə Uşaq Yoluxucu Xəstəliklər Elmi Mərkəzinin Yoluxucu xəstəliklərin profilaktikası şöbəsinin müdiri, professor, immunoloq Susanna Harit danışıb. O, “Xəstələnən insanlar da peyvənd vurdurmalıdımı” sualına belə cavab verib:

“Bu suala dünyada cavab birmənalıdır: bəli, lazımdır. Bu, xəstəliyin təkrarlanma ehtimalı ilə bağlıdır. Səhiyyə Nazirliyi xəstəlikdən altı ay sonra peyvənd edilməsinin tövsiyə olunduğunu müəyyənləşdirib”, - immunoloq “Peterburq Gündəliyi” qəzetinə verdiyi müsahibədə izah edib.

Həkim xəstələnən və peyvənd vurduran insanlara maska ​​rejimini pozmamağı tövsiyə etdi, çünki başqaları üçün təhlükəsiz olub-olmadıqları hələ məlum deyil:

“Maska ​​yalnız özümüzü deyil, yanımızda olanları da qorumaq üçün lazımdır, eyni zamanda peyvəndin virusun asemptomatik daşıyıcılarına təsiri hələ məlum deyil”, - immunoloq izah edib.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm