Bu qidalar beyin üçün olduqca FAYDALIDIR
Bizi izləyin

Sağlamlıq

Bu qidalar beyin üçün olduqca FAYDALIDIR

Dietoloq Hanna Brey beyin sağlamlığını qorumağa imkan verən və demensiya riskini azaltmağa kömək edən qidlar barədə danışıb.

Publika.az xəbər verir ki, bu barədə "Sputnik" məlumat yayıb.

Mütəxəssisin sölərinə əsasən, koqnitiv funksiyaların qorunması üçün ən yaxşısı Aralıq dənizi pəhrizidir. Bu pəhrizdə meyvə-tərəvəzə, zeytun yağlı salatlara, həmçinin Omeqa-3-lə zəngin balığa üstünlük verilir.

Brey qeyd edir ki, beyin "sərbəst radikalların və stresin dağıdığcı təsirinə qarşı zəifdir", ona görə də mümkün qədər çox antioksidant yemək vacibdir. Belə ki, meyvə və giləmeyvələr arasında qara üzüm və qarağat kimi tünd rəngə malik olanları seçmək lazımdır.

Bundan əlavə, dietoloq qidaya yoqurt, qatıq, kələm və göbələk kimi ərzaqları qatmağı məsləhət görüb. Həmçinin həkim qanda şəkərin miqdarını izləməyi və yeməyə qanda şəkərin miqdarını azaldan darçın əlavə etməyi tövsiyə edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm