Sağlamlıq
Bu yaşdan sonra arıqlamaq faydasızdır
Artıq çəki bir çox xəstəliyin gedişatını ağırlaşdırır, ancaq pəhrizlər və digər yollarla arıqlamaq müəyyən yaşa qədər mümkündür. Bir həddən sonra arıqlamaq sağlamlıq problemlərinə yol aça bilər.
Publika.az xəbər verir ki, bu barədə gerontoloq Yuri Konev xəbərdarlıq edib. Mütəxəssis qeyd edib ki, məhdudiyyətlər insan orqanizmindəki yaşla bağlı dəyişikliklərə səbəb olur. Sürətli arıqlama üsulları metabolizmə təsir edir - gənc orqanizmlər üçün bu, problem deyil, yaşlılar üçün təhlükəli ola bilər.
“Bu barədə ümumi fikir mövcuddur ki, yaşlı insanların arıqlaması zərərli ola bilər. Maddələr mübadiləsinin dəyişikliyi fizioloji parametrlərin dəyişməsinə səbəb olur. Bu göstəricilər yaşlı insanın sağlamlığına mənfi təsir edəcək. Hər kəsə fərdi yanaşmaq lazımdır, ən azından təxminən 60 yaşa qədər arıqlamağa çalışmalısınız”, - Konev “Sputnik” radiosuna müsahibəsində bildirib.
Gerontoloq yaşla birlikdə qida miqdarının azaldılmalı olduğunu qeyd edib, çünki enerji tələbatı da azalır. Bununla birlikdə, çox yeməyə vərdiş edənlər üçün bioloji yaddaş işləyəcək və genişlənmiş mədə hər zaman qida tələb edəcək.
Aytən Məftun
-
Nida Xəbər 02:43Ramiz Mehdiyev təltiflərindən də məhrum ediləcək?
-
ABŞ02:19Trampın təyin etdiyi mətbuat katibi cəmi 5 gün sonra postunu tərk etdi - Qalmaqalın detalları
-
Qoroskop01:20Günün ulduz falı: Köhnə bir tanışınızdan maraqlı təklif alacaqsız
-
İdman16 Oktyabr 22:32Ronaldo MLS-ə gedə bilər - “İnter Mayami”də baş məşqçi olacaq?
-
Rəsmi xronika16 Oktyabr 20:12İlham Əliyev: “Bizim öz yolumuz var” - Video
-
Nida Xəbər 16 Oktyabr 19:40Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi
-
Ekopublika.az16 Oktyabr 18:50Bizi gələn il nə gözləyir? - Proqnoz
-
Rəsmi xronika16 Oktyabr 17:08İlham Əliyev sərəncam imzaladı






































