Sağlamlıq
Türk professordan XƏBƏRDARLIQ: Bu şəxslər oruc tutmasın
Türkiyəli professor Birol Özer mədə-bağırsaq xəstəlikləri olan insanlara oruc tutmaqla bağlı bir sıra tövsiyələrini verib.
Publika.az xəbər verir ki, professor bu xəstəliyi olan insanlarin oruc tutmazdan əvvəl həkimləri ilə məsləhətləşməli olduqlarını bildirib.
Professor oruc tutanlarda tutmayanlara nisbətdə qəbizlik, retrosternal yanma, halsızlıq, baş ağrısı və ağırlığın daha çox olduğunu və müalicəyə uyğunlaşma, mədə-bağırsaq şikayətlərində artım və qanaxmanın daha çox müşahidə edildiyini qeyd edib.
"Mədə-bağırsaq şikayətlərinin artmasında istehlak edilən qidaların tərkibi də rol oynayır. Tərkibində yüksək yağ olan qidalar sahur üçün uyğun deyil. Sahur yeməyində 70 faizdən çox karbohidrat istehlak etmək gündüz aclığa səbəb ola bilər. Şirin qidalar daha çox aclıq təsiri göstərir. Səhər saatlarında yüksək yağlı, qızardılmış qidaların istehlakı gün ərzində 1500 milliqramdan çox duz, 1000 Kkal-dan çox yemək və həddindən artıq fiziki aktivlik susuzluğu artırır. Susuzluq və aclığın qarşısını almaq üçün sahurda iki porsiyon meyvə-tərəvəz, tam buğda unundan çörək və kifayət qədər maye istehlak edilməlidir. Həddindən artıq şirniyyat yemək, yağın miqdarının 40 qramdan çox olması ağırlıq və şişkinlik hissinə səbəb olur. Qəbizliyin qarşısını almaq üçün lifli qidalar, tam taxıl məhsulları, çoxlu maye, meyvə və salat istehlak edilməlidir", - mütəxəssis qeyd edib.
İftarda yüksək həcmli qida qəbulunun mədə-bağırsaqla bağlı şikayətləri artırdığına diqqət çəkən Özer buna mədənin boş olduğu müddətdən sonra yağlı qidaların, xüsusilə də 45 qramdan çox yağ istehlakının səbəb olduğunu bildirib.
Mütəxəssisin sözlərinə görə, Ramazan ayında oruc tutanlarda mədə xorası xəstəliyinə daha çox rast gəlinir: "Xəstənin əvvəllər mədə şikayətləri varsa, müayinə olunmalı və müalicə edilməlidir. Mədə şikayətləri olanlar xəstəliyinin şiddətinə görə həkimləri tərəfindən tövsiyə olunan antasid dərmanlardan istifadə edə bilərlər. Helikobakter pilori pozitiv xorası olan şəxslərin Ramazandan əvvəl müayinə və müalicəsi tövsiyə olunur. Ülseratif kolit və ya Crohn xəstəliyi kimi iltihablı bağırsaq xəstəliyi olan şəxslərin isə xəstəliyin aktiv dövründə oruc tutmaları tövsiyə edilmir. Ancaq dərmanlarını mütəmadi olaraq istifadə etmələri şərtilə xəstəliyin azaldığı dövrlərdə oruc tuta bilərlər", - professor qeyd edib.
Akqabay
-
Sosial03:43Bakıda 52 qəzalı bina söküləcək - Kompensasiya məbləği açıqlandı
-
Qoroskop00:45Günün ulduz falı: qarşınıza yeni hədəflər qoyacaqsınız
-
Magazin221 Sentyabr 20:24"Ömər baba"dan gündəm yaradacaq açıqlamalar
-
Hadisə21 Sentyabr 18:50Nərimanovda çoxmərtəbəli binada yanğın oldu - Yeniləndi
-
Elm və təhsil21 Sentyabr 18:10Şagirdlərin vahid forması təsdiqləndi - Bu geyimlərə icazə verilməyəcək
-
Dünya21 Sentyabr 15:58Ərdoğan Qərbdə oyunu dəyişir: Yunanıstan danışıqlardan kənarda qaldı
-
Nida Xəbər 21 Sentyabr 15:49Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
-
Dünya21 Sentyabr 14:45Ərdoğan ABŞ-da o uşağı gördü, yanına çağırdı, qızıl sikkə verdi - VİDEO

















.jpg)

.jpg)

















