Sağlamlıq
Koronavirusun müalicəsində İNQİLABİ DƏRMAN
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən yayılan məlumata görə, dünyada COVID-19 xəstələrinə xidmət qaydaları yenilənib.
Publika.az xəbər verir ki, ÜST "interlökin-6" reseptor blokerlər qrupundakı dərmanların kortikosteroidlərlə birlikdə istifadəsinin ağır koronavirus xəstələrinin həyatını xilas etdiyini açıqlayıb.
Ümumdünya Səhiyyə Təşkilatı əldə edilən nəticələrin dərmanlar üzərində aparılan ən böyük analiz nəticəsi olduğunu və 27 klinik sınaqda iştirak edən 10 mindən çox xəstənin məlumatlarının nəzərə alındığını bildirib.
ÜST-nin açıqlamasında 2020-ci ilin sentyabrında kortikosteroidlərin tövsiyə edilməsindən sonra bu dərmanın COVID-19-a qarşı təsirli olduğu aşkarlanan ilk dərman vasitəsi olduğu vurğulanıb.
Şiddətli COVID-19 ağrıları, ümumiyyətlə, immunitet sisteminin virusa həddən çox reaksiya verdiyi və xəstələrin bu vəziyyətdən zərər gördükləri müşahidə edilir. Ancaq "tocilizumab və sarilumab" ehtiva edən Aktemra dərmanı həddindən artıq reaksiyanı azaltmaqla xəstənin zərər görməsini əngəlləyir.
ÜST dərmanın kritik hallarda ölüm nisbətini 13% azaltdığını, bunun hər 1000 xəstə üçün 15 ölüm və hər 1000 ağır xəstə üçün 28 ölüm az olduğunu qeyd edib.
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu
-
Hadisə10 May 21:25
Kürdəxanı təcridxanasında bit yayılıb? - RƏSMİ AÇIQLAMA
-
Hadisə10 May 20:15
Oteldəki zəhərlənmə ilə bağlı YENİ ŞOK İDDİA
-
Nida Xəbər 10 May 18:30
Prezidentdən Fransaya XƏBƏRDARLIQ: "Kritik həddə çatsa, onda bizdən heç kim inciməsin”