Sağlamlıq
Hava proqnozu - 28 avqust
Bakıda və Abşeron yarımadasında
Havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gündüz cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 24-27° isti, gündüz 35-38° , yarımadanın bəzi yerlərində 40° isti,
Bakıda gecə 25-27° isti, gündüz 36-38° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 754 mm civə sütunu.
Nisbi rütubət gecə 70-80 faiz , gündüz 45-50 faiz təşkil edəcək.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 27-28° isti, Zağulba, Mərdəkan, Şüvəlan, Buzovnada 28-29° isti, Türkan, Hövsan, Şıx, Sahildə 29-30° isti təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında
Havanın gündüz əsasən yağmursuz olacağı gözlənilir. Şərq küləyi əsəcək.Havanın temperaturu gecə 19-24° isti, gündüz 35-40° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
Havanın gündüz əsasən yağmursuz olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-19° isti, gündüz 26-31° isti olacağı gözlənilir.
Qazax,Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında
Hava əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 32-37° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında
Hava gündüz əsasən yağmursuz olacaq. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 19-24° isti, gündüz 32-37° isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
Hava yağmursuz keçəcək. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 21-26° isti, gündüz 35-40° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında
Hava əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 23-25° isti, gündüz 33-38° isti,
dağlarda gecə 17-22° isti, gündüz 27-32° isti olacağı gözlənilir.
-
Sağlamlıq03:18
Viaqra effekti verən qidalar – SİYAHI
-
Sosial02:00
Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial3 May 22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək
-
Magazin23 May 21:30
Gənc aktyor evində ölü tapıldı