Belinizdə artıq yağların hesablanması üçün sadə düstur
Bizi izləyin

Sağlamlıq

Belinizdə artıq yağların hesablanması üçün sadə düstur

Böyük Britaniyanın Milli Səhiyyə və Klinik Mükəmməllik İnstitutunun terapevti Pol Krisp ideal belin hesablanması üçün sadə bir düstur təklif edib.

Publika.az “Daily Mail”ə istinadən xəbər verir ki, həkim bel ətrafını boyun uzunluğuna bölməyi məsləhət görür.

0,4-dən 0,49-a qədər olan nəticə piylənmənin olmadığını göstərəcək. 0,5-dən 0,59-a qədər nəticə mümkün sağlamlıq riskini göstərir. 0,6-dan yuxarı nəticə isə maksimum risk olduğunu bildirir.

Həkimin sözlərinə görə, boyu 162 santimetr, bel ətrafı təqribən 73 santimetr olan qadını ingilis həkimləri sağlam hesab edərdilər. Bununla belə, 81 santimetrlik bel ətrafı artıq onun sağlamlığı haqqında düşünməsi üçün bir səbəb olmalıdır.

“Düsturdan müxtəlif millətlərdən olan kişilər və qadınlar istifadə edə bilər”, - terapevt bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm