Sağlamlıq
Acqarına içilən qəhvənin fəsadları: Diabet, pankreatit və mədə xorası
Acqarına qəhvə içmək sağlamlıq üçün təhlükəlidir.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Diyetoloqlar Assosiasiyasının üzvü, diyetoloq Kristina Plotnikova Ura.ru-ya müsahibəsində deyib. Mütəxəssis mədə yanğısını mümkün xəstəliklərin ən zərərsizi adlandırıb.
“Tədricən sizdə bir sıra mədə-bağırsaq xəstəlikləri inkişaf edə bilər və ya qastrit, ezofagit, pankreatit, mədə xorası kimi xəstəliyiniz varsa, pisləşə bilər. Qəhvənin tərkibində çoxlu üzvi turşular olduğu üçün həzmi stimullaşdırır. Boş mədədə qəhvə çox miqdarda mədə şirəsinin ifrazını təhrik edir, orqanın divarlarını korroziyaya uğradır”, - Kristina Plotnikova bildirib.
Mütəxəssis 2-ci tip şəkərli diabetin inkişafını daha bir xoşagəlməz nəticə adlandırıb. Bundan əlavə, qəhvə stress hormonu olan kortizolun istehsalını stimullaşdırır. Bu səbəbdən serotonin istehsalını dayandırır. Nəticədə enerjinin artması əvəzinə, zamanla gücün azalması hiss olunmağa başlayır. Bundan əlavə, mərkəzi sinir sisteminə mənfi təsir göstərdiyi üçün yuxu və oyaqlıq mexanizmləri pozulur.
Aytən Məftun
-
Nida Xəbər 02:43Ramiz Mehdiyev təltiflərindən də məhrum ediləcək?
-
ABŞ02:19Trampın təyin etdiyi mətbuat katibi cəmi 5 gün sonra postunu tərk etdi - Qalmaqalın detalları
-
Qoroskop01:20Günün ulduz falı: Köhnə bir tanışınızdan maraqlı təklif alacaqsız
-
İdman16 Oktyabr 22:32Ronaldo MLS-ə gedə bilər - “İnter Mayami”də baş məşqçi olacaq?
-
Rəsmi xronika16 Oktyabr 20:12İlham Əliyev: “Bizim öz yolumuz var” - Video
-
Nida Xəbər 16 Oktyabr 19:40Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi
-
Ekopublika.az16 Oktyabr 18:50Bizi gələn il nə gözləyir? - Proqnoz
-
Rəsmi xronika16 Oktyabr 17:08İlham Əliyev sərəncam imzaladı






































