Sağlamlıq
Xərçəngin az bilinən əlamətləri
Onkoloq, Avropa Klinik Onkoloqlar Cəmiyyətinin ESMO üzvü, tibb elmləri namizədi Andrey Pılyev mədə xərçəngi kimi ölümcül xəstəliyin az bilinən simptomlarını açıqlayıb.
Publika.az xəbər verir ki, mütəxəssis bu barədə Ura.ru-ya müsahibəsində danışıb. O, bildirib ki, çəki və iştahın azalması, halsızlıq, həmçinin ətdən imtina xəstəliyin mövcudluğundan xəbər verə bilər.
“Birincisi, bu, mədə xərçəngi üçün spesifik adlandırıla bilməyən kiçik əlamətlərin sindromudur, qarın boşluğunda lokallaşdırılmış bir çox şiş üçün xarakterikdir. Xəstəlik halsızlıq və çəkinin azalması ilə başlayır, iştahsızlıqdan əlavə ətə qarşı ikrah hissı yaranır” , onkoloq qeyd edib.
Həkimin sözlərinə görə, ürəkbulanma və qusma kifayət qədər ciddi əlamətlərdir. Simptomlar yeməkdən dərhal sonra və ya bir neçə saat sonra özünü göstərə bilər. Bundan əlavə, belə hallarda qusuntunun rənginə diqqət yetirməyə dəyər - əgər tünd rəngdədirsə, bu, şişin mədədə qanaxma səbəb olduğunu göstərə bilər. Yekunda Pılyev yuxarıda göstərilən simptomlardan hər hansı biri olduqda təcili həkimə üz tutmağı tövsiyə edib.
Aytən Məftun
-
Nida Xəbər 02:43Ramiz Mehdiyev təltiflərindən də məhrum ediləcək?
-
ABŞ02:19Trampın təyin etdiyi mətbuat katibi cəmi 5 gün sonra postunu tərk etdi - Qalmaqalın detalları
-
Qoroskop01:20Günün ulduz falı: Köhnə bir tanışınızdan maraqlı təklif alacaqsız
-
İdman16 Oktyabr 22:32Ronaldo MLS-ə gedə bilər - “İnter Mayami”də baş məşqçi olacaq?
-
Rəsmi xronika16 Oktyabr 20:12İlham Əliyev: “Bizim öz yolumuz var” - Video
-
Nida Xəbər 16 Oktyabr 19:40Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi
-
Ekopublika.az16 Oktyabr 18:50Bizi gələn il nə gözləyir? - Proqnoz
-
Rəsmi xronika16 Oktyabr 17:08İlham Əliyev sərəncam imzaladı






































