Sağlamlıq
Dərman "nəhəng"indən tərbiyəsiz açıqlama: "Kasıblar üçün deyil" - FOTO
Dünyanın ən böyük farmasevtika istehsalçılarından biri, Almaniyanın "Bayer" korporasiyasının baş icraçı direktoru, hollandiyalı Marijn Dekkersin son açıqlaması böyük qalmaqal yaradıb.
Milli.Az Bloomberg-ə istinadən bildirir ki, xərçəng xəstəliyinə
qarşı "Bayer"in istehsal etdiyi son "Nexavar" preparatından bəhs
edən M.Dekkers deyib: "Xərçəngə qarşı nəzərdə tutulmuş bu preparat
69 min dollara satılacaq. Təbii ki, biz bu dərmanı varlılar üçün
nəzərdə tutmuşuq. Preparat kasıblar üçün deyil".
Hindistanda "Nexavar"ın lisensiyasız və patentsiz istehsal olunmağa başlamasından dərin narahatlıq keçirdiyini vurğulayan M.Dekkers baş verənləri "əxlaqsızlıq" adlandırıb: "Bu hadisə həm əxlaqsızlıq, həm də oğurluqdur. Dürüst danışmaq, həqiqətləri demək zamanı gəldi. Biz bu dərmanı Hindistan bazarı üçün hazırlamamışıq. "Nexavar" preparatı Qərbdə yaşayan, maddi imkanları yaxşı olan insanlar üçün nəzərdə tutulub".
"Bayer"in hazırladığı "Nexavar"ın satış qiyməti 69 min dollar məbləğində müəyyənləşdirilib. Hindistanda isə bu preparat sadəcə, 177 dollardan satılmağa başlanıb.
Hindistanda "Nexavar"ın analoqunu yerli "Natco Farma Ltd" şirkəti istehsal edir. "Bayer" korporasiyası "Natco"nu məhkəməyə verərək hindistanlıları "oğurluq"da suçlayıb.
Maraqlıdır ki, "69 min dollara satılır" deyilən "Nexavar" ABŞ-da 96
min dollara satışa çıxarılıb.
Beynəlxalq "Sərhədsiz Həkimlər" təşkilatı (Doctors Without
Borders) son bəyanatlarından birində bəyan edib ki, dünyanın iri
farmasevtika şirkətləri inkişaf etməkdə olan ölkələrin yoxsul
əhalisi üçün dərman preparatlarını ucuz qiymətə satmaqdan ən
müxtəlif bəhanələrlə imtina edirlər.
"Bayer" şirkəti isə M.Dekkersin sözlərinin təhrif olunduğunu
vurğulayıb və bildirib ki, M.Dekkers "“Buffering the Pharma Brand:
Restoring Reputation, Rebuilding Trust” konfransında deyib:
"Hindistanda bizim preparat lisensiyasız, patentsiz istehsal olunub
satılmağa başlanıb. Baş verənlər bizim biznes-modelə ciddi təsir
edəcəkmi? Yox, çünki düzünü desəm, biz bu preparatı Hindistan
bazarı üçün nəzərdə tutmamışıq. Preparat Qərbdə yaşayan və maddi
imkanları yaxşı olan pasiyentlər üçündür. Bu preparat onkoloji
vasitə, bahalı dərmandır".
-
Elm və təhsil22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu
-
Hadisə21:25
Kürdəxanı təcridxanasında bit yayılıb? - RƏSMİ AÇIQLAMA
-
Hadisə20:15
Oteldəki zəhərlənmə ilə bağlı YENİ ŞOK İDDİA
-
Art18:33
Azərbaycanda gənc yazıçı vəfat etdi
-
Nida Xəbər 18:30
Prezidentdən Fransaya XƏBƏRDARLIQ: "Kritik həddə çatsa, onda bizdən heç kim inciməsin”
-
Ekologiya18:08
Güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ
-
Region18:00
Köçəryan Paşinyanın impiçmenti ideyasını ələ saldı: O səsləri haradan alacaqlar?
-
Rəsmi xronika17:30
İlham Əliyev Laçında sakinlərlə görüşdü