Sağlamlıq
35 yaşdan sonra hər kəsdə görülən XƏSTƏLİK
İllər keçdikcə bədənimiz aktiv və sağlam həyat tərzi sürmədikdə daha qabarıqlaşan müəyyən dəyişikliklərə məruz qalır. Xüsusilə 35 yaşdan sonra hər bir insanda zülalın həzm olunma səviyyəsi azalmağa başlayır, kalsium sümüklərdən yuyulur və kollagen itirilir ki, bu da əzələ toxumasının çatışmazlığının və bağların zədələnməsinə səbəb ola bilər.
Publika.az verir ki, bu sözləri "Gazeta.ru"ya reabilitasiya üzrə mütəxəssis, tibb elmləri namizədi, idman həkimi, sağlamlıq və gözəllik üzrə ekspert Aleksandra Çistyakova deyib.
"35 yaşa qədər kollagenin itkisi 15%, növbəti 10 ildən sonra isə artıq 30% təşkil edir. Səbəb bağırsaqlarla birbaşa əlaqəlidir. Yaşla əlaqədar olaraq zülalın normal sorulması üçün bizə əlavə C vitamini lazımdır. Belə əhəmiyyətli protein itkisi hər kəs üçün qaçılmazdır. Nəticədə 40-45 yaşlarında demək olar ki, hər bir insanda sarkopeniyanın ilk əlamətləri üşahidə olunur. Sarkopeniya bütün skelet əzələsində baş verən mütərəqqi bir xəstəlikdir və əzələ gücü, əzələ kütləsi və fiziki performansın azalması ilə xarakterizə olunur. Adətən yaşlı insanlarda olur, lakin bəzi xəstəlikləri olan və ya çox oturaq həyat tərzi keçirən insanlarda hallar baş verə bilər", - Çistyakova qeyd edib.
Sarkopeniyanın qarşısının alınması müntəzəm məşq, sağlam qidalanma, vitamin, protein və digər qida əlavələrinin normasına riayət etməklə əldə oluna bilər. Xəstəlik tez-tez daimi yaralanmalara və ya burxulmalara səbəb olur, bunun qarşısını almaq üçün məşqlər etmək və qəfil hərəkətlərdən qaçmaq lazımdır. Bundan əlavə, 35 yaşdan sonra kalsium "əriməyə" başlayır ki, bu da nəticədə sümüklərin və oynaqların kövrəkliyinə səbəb olur.
"Kalsiumun sovrulması üçün D vitamini ilə birgə fosfor da lazımdır. Osteoporozun qarşısının alınması üçün qidalanmada kalsiumun qəbuluna nəzarət etmək, az yağlı süd məhsullarının istehlakını azaltmaq məsləhət görülür. Gündəlik kalorisi az olan pəhrizlərdə də osteoporozun inkişaf riski yüksəkdir”, - mütəxəssis əlavə edib.
Aytən Məftun
-
ABŞ00:30Trampın və məşhur şirkətlərin "X" hesablarına hücum edildi
-
Qoroskop00:15Günün ULDUZ FALI - Romantik sürprizlə qarşılaşa bilərsiniz
-
Hadisə15 Noyabr 23:48Tələbənin ölümü ilə bağlı yeni detallar: "Başı ağrıyırmış, hamama gedib..." - VİDEO
-
İdman15 Noyabr 22:48Lukas Afriko Azərbaycana qayıda bilər
-
Ekologiya15 Noyabr 22:15Bakıda və bölgələrdə külək güclənir - Faktiki hava /Yeniləndi
-
Hadisə15 Noyabr 21:36Güclü külək ağacı avtomobilin üzərinə aşırdı - FOTO/VİDEO
-
Magazin115 Noyabr 21:00Qızının uğuru Gülayı ağlatdı - VİDEO
-
Avropa15 Noyabr 20:48Zelenski ABŞ-a tələb irəli sürdü





































