Sağlamlıq
Obama Konqresdən 6,2 milyard dollar istədi
ABŞ prezidenti Barak Obama Konqresi bayram tətilindən əvvəl Ebola virusu ilə mübarizəyə təcili olaraq 6,2 milyard dollar vəsait ayrılmasına dair qanunu qəbul etməyə çağırıb.
Publika.az xəbər verir ki, Vaşınqton yaxınlığında Milli Səhiyyə İnstitutunda çıxış edən Obama deyib ki, Ebola xəstəliyinə qarşı kliniki təcrübədən keçirilmiş peyvəndin ilkin mərhələdə heç bir ciddi yan təsirin olmaması sevindirici xəbərdir.
O bildirib ki, indiyədək Ebola xəstəliyinə qarşı dərman preparatının yaradılması istiqamətində aparılan tədqiqatların heç biri bu qədər müvəffəq olmayıb.
Lakin prezident peyvəndin təsirli olacağına dair heç bir zəmanətin olmadığını qeyd edib və tədqiqatların hələ başa çatmadığını vurğulayıb. Obamanın fikrincə, Ebola virusunun Qərbi Afrikada aradan qaldırılması həm də amerikalıları xəstəlikdən qorumaq deməkdir.
Ebola virusu Qvineya, Liberiya və Sierra Leonedə təxminən 7000 insanın ölümünə səbəb olub. Onların arasında tibb işçiləri də var.
-
Rəsmi xronika17:30
İlham Əliyev Laçında sakinlərlə görüşdü
-
Qarabağ 17:10
Vardanyanın Bakıda “yazdığı” məktub həbsxanadan necə çıxıb?
-
Qoroskop16:42
40 yaşından sonra həyatları dəyişəcək bürclər: Pul, ev, karyera...
-
Rəsmi xronika16:00
İlham Əliyev və xanımı Şuşada açılışda iştirak etdilər
-
Sosial15:20
Əməkhaqqı ilə bağlı mühüm dəyişiklik - İyulun 1-dək...
-
Rəsmi xronika14:41
Prezident və birinci xanım Şuşada
-
Dünya14:12
Cəlal Şəngördən şok iddia: Türkiyə bu ölkə ilə birləşəcək
-
Dünya13:52
20 ildən sonra ilk dəfə xəbərdarlıq edildi - Bu gün başlayır, çox təhlükəlidir...