Ofisdə işləyənlər təhlükədə
Bizi izləyin

Sağlamlıq

Ofisdə işləyənlər təhlükədə

Ofisdə işləyənlər ildə 9 gün xəstəliyə görə icazə alır. Bu insanlar gün ərzində 10 milyon bakteriya ilə işləyir. Xəstəliklərin 80%-i mikroblarla birbaşa təmas nəticəsində yaranır.

Publika.az-ın məlumatına görə, İngiltərədə aparılan araşdırma nəticəsində belə qənaətə gəlinib.

Araşdırmalara görə, orta böyüklükdə bir iş masası üzərindəki mikroblar tualetdən 400 dəfə çoxdur. Bir ofisdəki kompüter klaviaturasında 7 min 500 bakteriya var.

Bu viruslar ofisdəki stollarda 24 saat yaşayır. Araşdırmalar göstərir ki, ofisdə işləyənlərin 1/5-i işə başlamadan əvvəl stollarını təmizləmir. Onların 20%-i mausu heç vaxt təmizləmir. İşçilərin 2/3-si iş stolunda yemək yeyir. Bu da bakteriyaların yaranmasına səbəb olur. Mühasibatların stolları və telefonlarının hər 2 santimetrində 6030, bank işçilərininkində isə 5400 bakteriya var.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm