Keks qəlibində yarpaq dolması resepti
Bizi izləyin

Sağlamlıq

Keks qəlibində yarpaq dolması resepti

Keks qəlibində yarpaq dolması resepti

Tək-tək bükmə ilə uzun müddət məşğul olmaq istəməyənlər üçün fərqli və şık təqdimat təmin edən keks qəlibində zeytun yağlı yarpaq dolması reseptini təqdim edirik.

Publika.az xəbər verir ki, sobada limon və zeytun yağı ilə yavaş-yavaş bişən yarpaqlar yumşaq toxuma qazanır, nanə, cəfəri və ədviyyatlarla hazırlanan içlik isə ləzzəti tamamlayır. Qəlibdən tək parça halında çıxarılıb tort kimi dilimlənə bilməsi sayəsində süfrədə diqqət çəkən bu zeytun yağlı yemək ilıq və ya soyuq şəkildə servis edilə bilər.

Keks qəlibində zeytun yağlı yarpaq dolması resepti üçün aşğıdakılar lazımdır.

Tərkibi:

450 qram duza qoyulmuş yarpaq

1 ədəd limon

3 xörək qaşığı zeytun yağı

4-5 stəkan isti su

İçlik üçün:

1,5 stəkan düyü

2 ədəd orta boy kuru soğan

Yarım dəstə cəfəri

1 xörək qaşığı tomat salçası

4 xörək qaşığı zeytun yağı

1 çay qaşığı quru nanə

1 çay qaşığı kimyon

1 çay qaşığı qırmızı bibər tozu (istiot)

Yarım çay qaşığı qara bibər

1 çay qaşığı duz

Qəlibi hazırlamaq üçün:

1 xörək qaşığı zeytun yağı

Bir neçə ədəd asma yarpağı

Keks qəlibində zeytun yaqlı yarpaq dolması resepti üçün alternativ təkliflər:

Duzlu yarpaq əvəzinə mövsümündə təzə asma yarpağı istifadə edə bilərsiniz.

Düyü əvəzinə eyni miqdarda plovluq bulqur və ya düyü-bulqur qarışığı seçə bilərsiniz.

Tomat pastası əvəzinə bibər pastası istifadə edə bilər və ya hər iki pastanı qarışdıra bilərsiniz.

Cəfəri əvəzinə şüyüd və ya təzə nanə əlavə edərək içliyin ətrini dəyişə bilərsiniz.

Quru nanəyə əlavə olaraq ətirşah (yenibahar) və ya çox az darçın istifadə edə bilərsiniz.

Daha zəngin bir içlik üçün dolmalıq püstə və qara kişmiş əlavə edə bilərsiniz.

Soğan əvəzinə qırmızı soğan istifadə edərək fərqli bir ətir əldə edə bilərsiniz.

Limon əvəzinə təzə sıxılmış limon suyunu bişirmə suyuna əlavə edə bilərsiniz.

Daha kəskin turşuluq üçün içliyə az miqdarda sumaq əlavə edə bilərsiniz.

Servis zamanı üzərinə əlavə zeytun yağı gəzdirərək zeytun yağı ətrini daha aydın hiss etdirə bilərsiniz.

Necə hazırlanır?

Yarpaqları geniş bir qaba qoyun və üzərlərini keçəcək qədər isti su əlavə edin. Yarpaqları 3-4 dəqiqə gözlətdikdən sonra soyuq sudan keçirib aşsüzənə yığın.

İçliyi hazırlamaq üçün düyünü bir neçə dəfə yuyub artıq suyunu süzün. Soğanı bacardığınız qədər xırda doğrayın və geniş bir qarışdırma qabına tökün.

Soğanın üzərinə düyü, tomat və zeytun yağı əlavə edin. Quru nanə, cirə, pul bibər, qara bibər və duzu qataraq qarışdırın.

Cəfərini incə-incə doğrayıb içliyə əlavə edin.

Ortası deşik olan keks qəlibinin iç səthini zeytun yağıyla yüngülcə yağlayın. Qəlibin altını və kənarlarını yarpaqla örtün. Yarpaqların parıldayan səthlərinin qəlibə tərəf baxmasına və kənarlarının yüngülcə bir-birinin üzərinə düşməsinə diqqət edin.

Hazırladığınız düyülü içliyin bir hissəsini yarpaqların üzərinə nazik təbəqə şəklində yayın. Üzərinə yenidən yarpaq yerləşdirin. Düyülü içlik və yarpaqlar bitənə qədər eyni əməliyyatı qat-qat davam etdirin.

Ən üst hissəni yarpaqla tamamilə bağlayın. Kənarlardan daşan yarpaqları içəriyə doğru qatlayaraq içliyin üzərini örtün.

Limonu nazik dairəvi dilimlər şəklində kəsin və yarpaqların üzərinə yerləşdirin. Zeytun yağı gəzdirib isti suyu nəzarətli şəkildə qəlibə əlavə edin.

Qəlibin üzərini bişirmə kağızı və ardından alüminium folqa ilə bağlayın. Əvvəlcədən qızdırılmış 180 dərəcə sobada təxminən 30 dəqiqə bişirin.

Vaxt bitdikdə üzərindəki örtüyü qaldırın və düyü tamamilə yumşalana qədər 10-15 dəqiqə daha bişirməyə davam edin. Lazım gələrsə bişirmə zamanı az miqdarda isti su əlavə edin.

Sobadan çıxardığınız yarpaq dolmasını təxminən 15-20 dəqiqə qəlibində dincəldin. Sonra geniş bir servis boşqabını qəlibin üzərinə qoyub ehtiyatla çevirin.

Dilimləyərək servis etdiyiniz keks qəlibində zeytun yaqlı yarpaq dolmasını limon dilimləri və təzə göyərtilərlə tamamlaya bilərsiniz. Nuş olsun.

Servis təklifi:

Keks qəlibində zeytun yaqlı yarpaq dolmasını qəlibdən çıxardıqdan sonra tort kimi dilimləyərək servis edə bilərsiniz.

Servis boşqabını limon dilimləri, cəfəri, şüyüd və ya təzə nanə yarpaqları ilə tamamlaya bilərsiniz.

Üzərinə servisdən əvvəl az miqdarda zeytun yağı gəzdirərək daha parlaq görünüş və qəşəng ətir qazandıra bilərsiniz.

Yanında sarımsaqlı və ya sadə qatıq təqdim edərək ləzzəti tamamraya bilərsiniz.

İlıq şəkildə servis edə biləcəyiniz kimi soyuducuda bir neçə saat dincəldib soyuq şəkildə də təqdim edə bilərsiniz.

Vacib incəliklər:

Yarpaqları isti suda qısa müddət gözlədib mütləq durulayın. Bu əməliyyat yarpaqlardakı artıq duzun azalmasına kömək edir.

Yarpaqları isti suda çox saxlamayın. Həddindən artıq yumşalan yarpaqlar qəlibə yığarkən asanlıqla cırıla bilər.

Düyünü içliyə əlavə etmədən əvvəl bir neçə dəfə yuyub suyunu yaxşıca süzün.

İçliyi çiy halda hazırladığınız üçün düyünü qəlibə çox sıxmayın. Bişərkən şişə bilməsi üçün qatların yüngülcə boş qalmasına diqqət edin.

Keks qəlibinin altını və kənarlarını yarpaqlarla tamamilə örtün. Aralarda boşluq qalmaması, əks tərəfə çevrildikdə dolmanın daha düzgün görünməsini təmin edir.

İsti suyu tək səfərdə çox miqdarda əlavə etmək əvəzinə nəzarətli istifadə edin. Qəlibin böyüklüyünə və düyünün suyu çəkmə vəziyyətinə görə lazım olduqda əlavə edə bilərsiniz.

İlk mərhələdə qəlibin üzərini bağlayaraq bişirmək yarpaqların qurumasının qarşısını alır və düyünün buxarla daha balanslı yumşalmasını təmin edir.

Sobadan çıxan dolmanı dərhal əks tərəfə çevirməyin. Təxminən 15-20 dəqiqə dincəldin, bu qatların toparlanmasına və qəlibdən daha düzgün çıxmasına kömək edir.

Dilimləyərkən iti bıçaq istifadə edin və çox basmadan kəsin. Beləliklə, qatların dağılmadan aydın şəkildə görünməsini təmin edə bilərsiniz. (Milli.Az(

Oxumağa davam et
Reklam
Reklam

Gündəm