Sağlamlıq
Bağırsaqdakı bakteriyalar Alzheimer riskini artıra bilər
Bağırsaq bakteriyalarının fəaliyyətindən yaranan bir maddənin Alzheimer xəstəliyinin inkişaf riskinin artması ilə əlaqəli ola biləcəyi müəyyən edilib.
Publika.az xəbər verir ki, beynəlxalq alimlər qrupu diaqnoz qoyulmuş koqnitiv pozuntusu olmayan 1196 nəfərin göstəricilərini araşdırıb.
Tədqiqatın mərkəzində bəzi bakteriyaların histidin amin turşusunu emal etməsi nəticəsində yaranan "imidazol-propionat" adlı birləşmə dayanıb. Qanda bu metabolitin yüksək səviyyəsi daha aşağı koqnitiv test nəticələri və neyrodegenerasiya ilə əlaqəli əlverişsiz biomarkerlərlə əlaqələndirilib.
Müşahidələr göstərib ki, həmin maddənin səviyyəsi yüksək olan insanlarda yaşla bağlı koqnitiv qabiliyyətlərin zəifləməsi daha sürətli baş verir. Alimlər araşdırma zamanı yaş, cins, bədən kütlə indeksi, genetik faktorlar və həyat tərzini də nəzərə alıblar.
Siçanlar üzərində aparılan təcrübələr də diqqətçəkən nəticə ortaya qoyub. Metabolitin uzunmüddətli təsirinin beynin qoruyucu baryerini zəiflətdiyi və tau zülalında patoloji dəyişikliklərlə əlaqəli prosesləri gücləndirdiyi bəlli olub.
Bununla belə, alimlər bildirirlər ki, bu nəticələr imidazol-propionatın demensiyanın birbaşa və ya yeganə səbəbi olduğunu göstərmir. Maddənin təsir mexanizminin dəqiq müəyyənləşdirilməsi üçün əlavə araşdırmalara ehtiyac var.
Gələcəkdə bu metabolit Alzheimer xəstəliyinin qarşısının alınması və müalicəsi üçün yeni üsulların hazırlanmasında hədəfə çevrilə bilər.
Müəllif: Adəm
-
Magazin206:16Azərbaycan repi “Mehmed Fetihler Sultanı”nd - VİDEO
-
İdman03:43Messi vida üçün milliyə çağırıldı
-
Dəb03:13Qış üçün ən zövqlü ayaqqabılar - 1990-cı illərin modeli dəbə qayır
-
Paranormal00:45Komadan ayılan qadın mələk gördü, ana dilini unutdu - ““Paralel dünya”ya düşmüşdüm”
-
İdman00:15Ronaldo komandasını sarsıdıcı məğlubiyyətdən xilas edə bilmədi
-
Qoroskop00:00Günün ULDUZ FALI - Kiçik sevgi jestləri münasibətinizi şirinləşdirəcək
-
Sağlamlıq15 Sentyabr 22:48Şam yeməyi üçün ideal vaxt müəyyən edildi
-
İdman15 Sentyabr 22:36Aida Əliyeva yüksək vəzifəyə təyin edildi - RƏSMİ
































.jpg)


