Sağlamlıq
Ürək və beyin sağlamlığını qoruyan sadə qaydalar - Həkimdən vacib tövsiyələr
Kardioloq Eddi Barin ürək-damar xəstəlikləri və demensiyadan qorunmaq üçün bahalı prosedurlara və mürəkkəb profilaktika üsullarına ehtiyac olmadığını bildirib.
Publika.az xəbər verir ki, həkim bu barədə "Nine.com.au"ya danışıb.
Barinin sözlərinə görə, sağlamlığın qorunması üçün ilk növbədə müntəzəm hərəkət etmək, əzələ gücünü və bədənin hərəkət qabiliyyətini saxlamaq vacibdir. O, qidalanmada sadə məhsullara və Aralıq dənizi pəhrizinə üstünlük verməyi, emal olunmuş qidaların qəbulunu isə məhdudlaşdırmağı tövsiyə edib.
Kardioloq qan təzyiqini mütəmadi yoxlatmağın və tibbi müayinələrdən keçməyin də vacib olduğunu vurğulayıb. Bu, orqanizmdə baş verən dəyişiklikləri vaxtında müəyyən etməyə imkan verir.
Həkim sağlamlıqla yanaşı, psixoloji vəziyyətə də diqqət yetirməyi məsləhət görüb.
“Bəs həyata daha çox zövq qatmağa necə? Pozitiv düşüncə və sizi dəstəkləyən insanların əhatəsində olmaq da vacibdir”, - deyə Barin bildirib.
Onun sözlərinə görə, kifayət qədər su içmək də önəmlidir. Su böyrəklərin fəaliyyətinə, qan dövranına və normal arterial təzyiqin qorunmasına kömək edir.
Beyində yaşla bağlı dəyişikliklərin qarşısını almaq üçün isə mütəxəssis tarazlığı və əzələ gücünü qorumağı, daim yeni bacarıqlar öyrənməyi, insanlarla ünsiyyətdə olmağı və sosial aktivliyi davam etdirməyi tövsiyə edib.
Diş sağlamlığına və gigiyenaya diqqət yetirmək, həmçinin zəruri peyvəndləri vaxtında etdirmək də vacibdir. Həkim qeyd edib ki, infeksiyalar və xroniki iltihab orqanizmə mənfi təsir göstərə bilər.
Müəllif: Adəm
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?
-
Yaxın Şərq09:24Hörmüz od içində: Bir gecədə 3 tanker minaya düşdü



















.jpg)















