Sağlamlıq
Yerdə maqnit qasırğası başladı: 3 gün davam edəcək
Ötən gecə Yer kürəsinin geomaqnit sahəsində güclü dəyişiklik qeydə alınıb. Səhər saatlarına doğru proses zəif maqnit qasırğası səviyyəsinə - "G1" kateqoriyasına çatıb.
Publika.az xəbər verir ki, gecə saat 03:00-dan sonra geomaqnit sahəsində dəyişikliklər başlayıb. Saat 06:00-a yaxın isə aktivlik "G1" səviyyəli maqnit qasırğasına yüksəlib.
Maraqlıdır ki, hazırda Günəşdə aktivlik kifayət qədər aşağıdır. Sonuncu "X" sinifli alışma bir aydan əvvəl qeydə alınıb, avqust ayında isə "M" sinifli alışma müşahidə edilməyib.
Buna baxmayaraq, maqnitosfer digər amillərin təsiri ilə vaxtaşırı güclənə bilər. Hazırkı geomaqnit pozuntunun əsas səbəbinin Günəşdən Yerə doğru hərəkət edən, tac dəliyindən çıxan günəş küləyi axını olduğu ehtimal edilir.
Proqnozlara görə, geomaqnit dəyişiklikləri daha 2-3 gün davam edə bilər. Bu gün maqnit qasırğasının davam etmə ehtimalı 46 faiz, çərşənbə günü isə 56 faiz qiymətləndirilir.
Mütəxəssislər qeyd edirlər ki, tac dəliyi Günəş-Yer xətti üzərində yerləşdiyindən onun yaratdığı günəş küləyi Yer kürəsinin maqnit sahəsinə birbaşa təsir göstərir.
Müəllif: Adəm
-
Magazin106:16“Eşref Tek”in tərəf müqabili bəlli oldu - FOTO
-
Avropa05:45Tutduğu balıq sayəsində milyonçu oldu
-
Dünya04:44Ordular birləşdi, genişmiqyaslı əməliyyat başladı
-
Sosial03:43Bu rayonların bir sıra ərazilərində işıq olmayacaq
-
Hadisə02:42Xırdalanda itkin düşən 12 yaşlı qız tapıldı - VİDEO/YENİLƏNDİ
-
Magazin202:12Elza çiyinləri açıq libasda poza verdi - FOTO/VİDEO
-
Magazin101:11Ev dustaqlığına buraxılan Leyla Əhmədovanın yeni FOTOLARI
-
Kriminal00:45Azərbaycanda molla arvadını qətlə yetirdi - Təfərrüat
















.jpg)













.jpg)



