Sağlamlıq
Limonlu su ilə qarqara dişləri məhv edə bilər - Stomatoloqdan XƏBƏRDARLIQ
Limon şirəsi ilə su qarışdırıb ağızı yaxalamaq diş minasına ciddi zərər verə bilər.
Publika.az xəbər verir ki, stomatoloq Rita Kruz de Souza "Sapo" nəşrinə açıqlamasında limon şirəsi, soda və duzla ağız yaxalamağın mümkün fəsadlarından danışıb.
Mütəxəssisin sözlərinə görə, limon şirəsinin yüksək turşuluğu diş minasının səthindəki mineral qatını zəiflədir. Bu proses mütəmadi təkrarlanarsa, mina daha həssas olur və eroziyaların yaranma riski artır.
Stomatoloq xüsusilə bir məqama diqqət çəkib: turş məhlulla qarqara etdikdən dərhal sonra dişləri fırçalamaq olmaz. Turşunun təsirindən yumşalmış mina diş fırçasının mexaniki təsiri nəticəsində daha çox zədələnə bilər.
Soda ilə bağlı da yanlış təsəvvürlərin olduğunu bildirən mütəxəssis qeyd edib ki, onun antimikrob xüsusiyyətləri olsa da, ağız qoxusuna səbəb olan maddələri tam aradan qaldırmır. Buna görə soda məhlulu ağız boşluğunun tam gigiyenasını və ağız qoxusuna səbəb olan xəstəliklərin müalicəsini əvəz etmir.
Stomatoloq duzlu su ilə qarqara barədə də xəbərdarlıq edib. Onun sözlərinə görə, duz məhlulunun ağız qoxusuna qarşı effektivliyini təsdiqləyən hələ kifayət qədər inandırıcı elmi sübut yoxdur.
Müəllif: Adəm
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?
-
Yaxın Şərq09:24Hörmüz od içində: Bir gecədə 3 tanker minaya düşdü
-
ABŞ08:12ABŞ və İsrailin İrana yeni hücum planı - Hədəflər bəlli oldu
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?






















.jpg)














