Sağlamlıq
Günorta saatlarında yorğunluqdan belə xilas olun - Həkimdən 3 sadə MƏSLƏHƏT
Günorta saatlarında özünüzü halsız və yuxulu hiss edirsinizsə, bunun səbəbi səhər yeməyi və gündəlik rejimlə bağlı ola bilər.
Publika.az xəbər verir ki, terapevt Fuonq Vo “Yahoo”ya açıqlamasında bu problemin qarşısını almaq üçün bir neçə sadə qayda təklif edib.
Onun sözlərinə görə, ilk növbədə səhər yeməyinə diqqət etmək lazımdır. Şirin dənli məhsullar, xəmir məmulatları və şirə qanda qlükozanın səviyyəsini sürətlə artırır. Bu isə insana qısa müddətlik enerji versə də, saat 14-15 radələrində qlükozanın kəskin azalmasına və yorğunluğun yaranmasına səbəb ola bilər.
Həkim həmçinin yeməkdən sonra 10-15 dəqiqəlik qısa gəzinti etməyi məsləhət görüb. Onun sözlərinə görə, hərəkət qanda qlükozanın səviyyəsini sabitləşdirməyə və orqanizmin enerji istehsalını davam etdirməsinə kömək edir.
Terapevt gün ərzində sabit rejimə əməl etməyi və yatmazdan ən azı 3 saat əvvəl qida qəbulunu dayandırmağı da tövsiyə edib. Bu qaydalar yuxunun keyfiyyətini yaxşılaşdıraraq gün ərzində enerjinin artmasına kömək edə bilər.
Fuonq Vo bildirib ki, bu tövsiyələrə bir neçə həftə ardıcıl əməl edən insan özünü daha gümrah hiss edə bilər.
Müəllif: Adəm
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?
-
Yaxın Şərq09:24Hörmüz od içində: Bir gecədə 3 tanker minaya düşdü
-
ABŞ08:12ABŞ və İsrailin İrana yeni hücum planı - Hədəflər bəlli oldu
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?






















.jpg)














