Sağlamlıq
Məşhur həkimdən qarpızı tumlu yeyənlərə xəbərdarlıq
Yay fəsli başlayanda insanlar ən çox qarpız yeməyə üstünlük verirlər. Amma qarpız yeyənlərin əksəriyyəti onun tumunu da udurlar ki, bununla bağlı müxtəlif yanlış məlumatlar yayılır.
Publika.az xəbər verir ki, məşhur qastroenteroloq Yekaterina Kaşux qarpız tumlarını udmağın mümkün nəticələri barədə danışıb.
O, yayılan şaiyələri belə dəyərləndirib: "Əlbəttə ki, qarpız toxumlarını udmaq qarpızın mədədə cücərməsinə səbəb olmur. Mədədə oksigen yoxdur və bir növ aqressiv mühit var ki, bu da toxumları tez bir zamanda məhv edir. Bununla belə, tumları udulmasında sağlamlıq üçün risklər mövcuddur. Bu risklər toxumların fiziki xüsusiyyətləri ilə bağlıdır".
Belə ki, bu tumun sərt qabığı həzm olunmur: "Əgər bütöv şəkildə udularsa, onun bərk hissəcikləri bağırsaqlardan keçəcək. Onların selikli qişaya zərər verə biləcəyinə və ya iltihaba səbəb ola biləcəyinə dair heç bir elmi dəlil də yoxdur. Bu mövzuda heç bir tədqiqat aparılmayıb. Çox güman ki, heç bir əhəmiyyətli qıcıqlanma baş verməyəcək".
Əsas təhlükə çoxlu sayda qarpız tumunu udmaqdır. Bir oturuma xeyli tumlu qarpız yeyilərsə, onlar bağırsaqda şişlik əmələ gətirə bilər. Bu şiş nadir hallarda bağırsaq tıxanmasına səbəb ola bilər. Xüsusilə risk altında olan uşaqlar və bağırsaq bitişmələri, stenozu və ya digər anatomik anomaliyaları olan insanlardır: "Nadir hallarda, belə bir tumlardan yaranan şişkinlik bağırsağın dar bir hissəsində ilişib qala bilər. Bu, şişkinlik ağrı, qəbizlik və qaza səbəb ola bilir. Bu halda mümkün qədər tez bir zamanda həkimə müraciət etmək vacibdir".
Başqa bir təhlükə isə tumun qida borusuna deyil, tənəffüs yollarına daxil olmasıdır. Yemək yeyərkən dərindən nəfəs aldıqda, toxum traxeyaya və ya bronxa düşə bilər. Bu, şiddətli öskürəyə və hətta boğulmaya səbəb ola bilər.
Müəllif: Tural
-
MDB13:55İki yaşlı qız ailəni ölümdən xilas etdi - FOTO
-
İKT13:28Qorxulan oldu: 400 min humanoid robot insanlarla birgə çalışacaq
-
Qarabağ 12:54Antiterror əməliyyatının iştirakçısı: "Uzun illər gözlənilən tarixi an idi"
-
Ekologiya12:50Sabahın hava proqnozu açıqlandı
-
Hadisə11:20Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
-
Sosial10:03Məhsul var, qazanc yox: Fermer üçün çıxış yolu nədir?
-
Kriminal08:30Bakıda 17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurdu
-
İdman06:46Maradonanın həkimindən şok açıqlama: Ölümündən əvvəl nə edib?



































.jpg)




