Sağlamlıq
Qaraciyəri fibroz və sirrozdan qoruyan möcüzəvi içki
Müntəzəm çay istehlakı qaraciyər fibrozunun - orqanın sağlam toxumasının tədricən çapıq toxuması ilə əvəzləndiyi təhlükəli prosesin inkişafını ləngitməyə kömək edə bilər. Çin alimləri bu mövzuda aparılan tədqiqatları təhlil edərək belə bir nəticəyə gəliblər.
Publika.az xəbər verir ki, tədqiqatın nəticələri “Frontiers in Nutrition” jurnalında dərc olunub.
Müəlliflər çaya və onun əsas aktiv komponenti olan epiqallokatexin-qallata (EGCG) həsr olunmuş onlarla elmi işi nəzərdən keçiriblər. Mövcud məlumatlara görə, bu maddə iltihabı yatırtmaq, çapıq toxumasının əmələ gəlməsinə cavabdeh olan hüceyrələrin aktivliyini azaltmaq və orqanizmin antioksidant sisteminin fəaliyyətini dəstəkləmək qabiliyyətinə malikdir. Bundan əlavə, epidemioloji tədqiqatlar müntəzəm çay və kofein istehlakını fibroz və sirrozun daha ləng inkişafı, eləcə də qaraciyər xərçəngi riskinin azalması ilə əlaqələndirir.
Bununla belə, tədqiqatçılar EGCG-nin dərman preparatı kimi tətbiqinin hələlik mürəkkəb məsələ olaraq qaldığını qeyd edirlər. Maddə orqanizmdə zəif sorulur, sürətlə parçalanır və yüksək dozalarda qaraciyərə toksik təsir göstərə bilər. Hazırda alimlər onun effektivliyini və təhlükəsizliyini artırmaq üçün nanohissəciklər də daxil olmaqla yeni çatdırılma üsulları işləyib hazırlayırlar.
Tədqiqatçılar hesab edirlər ki, nanotexnologiyaların və aktiv maddələrin yeni çatdırılma üsullarının inkişafı qaraciyər fibrozunun profilaktikası və müalicəsi üçün çay komponentləri əsasında dərman vasitələrinin yaradılmasını yaxınlaşdıra bilər.
Hüseyn İbadlı
-
MDB13:50İki yaşlı qız ailəni ölümdən xilas etdi - FOTO
-
İKT13:28Qorxulan oldu: 400 min humanoid robot insanlarla birgə çalışacaq
-
Avropa13:20Keçmiş xarici işlər nazirindən proqnoz: Avropa yeni müharibəyə doğru irəliləyir
-
Qarabağ 12:54Antiterror əməliyyatının iştirakçısı: "Uzun illər gözlənilən tarixi an idi"
-
Ekologiya12:50Sabahın hava proqnozu açıqlandı
-
Sosial12:07Agentlik sədri gənc xanıma vəzifə verdi - FOTO
-
Hadisə11:20Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
-
Sosial10:03Məhsul var, qazanc yox: Fermer üçün çıxış yolu nədir?
































.jpg)




