Sağlamlıq
Həkim xəbərdarlıq etdi: Böyrək daşlarının səbəbi düşündüyünüz kimi deyilmiş
Böyrək daşlarının yaranmasında sərt suyun əsas səbəb olduğu barədə fikirlər geniş yayılsa da, həkimlər bunun o qədər də sadə olmadığını bildirirlər.
Publika.az xəbər verir ki, Piroqov Universitetinin Hospital Pediatriya kafedrasının dosenti, tibb elmləri namizədi Mariya Molçanova böyrək daşlarının yaranma riskinin bir çox amildən asılı olduğunu deyib.
Onun sözlərinə görə, sidik daşı xəstəliyinə irsi meyillilik, kifayət qədər maye qəbul etməmək, düzgün olmayan qidalanma, maddələr mübadiləsinin pozulması, sidik yollarının infeksiyaları, bəzi xəstəliklər və müəyyən dərmanların qəbulu səbəb ola bilər.
Həkim qeyd edib ki, suyun sərtliyi onun tərkibindəki kalsium və maqnezium duzlarının miqdarından asılıdır. Bu maddələr əsasən suyun dadının dəyişməsinə və çöküntü yaranmasına səbəb olur. Lakin onların birbaşa böyrək daşına çevrilməsi fikri doğru deyil.
Mütəxəssis böyrək daşı xəstəliyinin qarşısını almaq üçün kifayət qədər maye qəbul etməyin və qidalanmaya diqqət yetirməyin daha vacib olduğunu vurğulayıb.
Həkimin sözlərinə görə, suyun qaynadılması onu dezinfeksiya etməyə kömək edir, lakin bütün mümkün kimyəvi çirkləndiriciləri sudan tamamilə uzaqlaşdırmır.
Böyrək daşları kişilərdə daha çox müşahidə olunur və xəstəlik bir sıra xarakterik əlamətlərlə özünü göstərə bilər.
Adəm
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?
-
Yaxın Şərq09:24Hörmüz od içində: Bir gecədə 3 tanker minaya düşdü
-
ABŞ08:12ABŞ və İsrailin İrana yeni hücum planı - Hədəflər bəlli oldu
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?






















.jpg)














