Sağlamlıq
Qaraciyəri qoruyan ucuz tərəvəz - Tərkibində elə maddələr var ki...
Nutrisiolobi və uşaq qidası üzrə mütəxəssis Yelena Milayeva qaraciyər üçün faydalı və eyni zamanda ucuz olan tərəvəzin adını açıqlayıb.
Publika.az xəbər verir ki, mütəxəssis bu barədə Aif.ru-ya söhbətində açıqlama verib.
Ekspertin sözlərinə görə, ümumilikdə sağlamlıq, xüsusən də qaraciyər üçün çuğundur faydalıdır. Milayeva qeyd edib ki, bu tərəvəzin tərkibində çoxlu vitamin və mineral var: fol turşusu, kalium, marqanets, kalsium, silisium, maqnium, natrium, fosfor, xlor, mis, molibden, sink, dəmir, xrom, həmçinin C, A, K, E və B qrupu vitaminləri.
Bundan əlavə, çuğundurun tərkibində qaraciyər üçün faydalı olan betain maddəsi var. Milayevanın izah etdiyi kimi, bu maddə qaraciyərin yağları emal etməsinə kömək edir və toksinlərin xaric olunmasını sürətləndirir. Nutrisiolobi vurğulayıb ki, bu xüsusiyyətlərinə görə çuğundur çoxlu dərman qəbul edən və ya ağır yeməklər yeyən insanlar üçün çox uyğun ola bilər.
Mütəxəssis əlavə edib ki, bu tərəvəzin tərkibində ürək-damar sisteminin fəaliyyətinə müsbət təsir göstərən maddələr və həzm üçün vacib olan bol miqdarda lif var.
Çuğundurun faydasını görmək üçün gün ərzində orta ölçülü bir çuğundur yemək kifayətdir, — deyə Milayeva dəqiqləşdirib. O qeyd edib ki, allergiyası və ya böyrək xəstəlikləri olan şəxslər çuğunduru rasiona əlavə etməzdən əvvəl bunu həkimlə məsləhətləşməlidirlər. Bundan əlavə, mütəxəssis diabet xəstələrinə və meteorizmə meylli olan insanlara çiy çuğundur yeməməyi tövsiyə edib.
Hüseyn İbadlı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?
-
Yaxın Şərq09:24Hörmüz od içində: Bir gecədə 3 tanker minaya düşdü
-
ABŞ08:12ABŞ və İsrailin İrana yeni hücum planı - Hədəflər bəlli oldu
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?






















.jpg)














