Sağlamlıq
Alma qabığını atmayın - Bu üsulla qatı və təbii povidlo hazırlayın
Almadan ev şəraitində cem hazırlayarkən qabığını soymağa tələsməyin. Çünki almanın qabığında təbii pektin olduğu üçün bu maddə cemin daha yaxşı qatılaşmasına kömək edir.
Publika.az xəbər verir ki, alma povidlosunun (meyvə və ya giləmeyvə pürəsinin şəkər tozu ilə qatılaşana qədər bişirilməsindən hazırlanan şirniyyat növü-red.) daha qatı alınması üçün meyvənin qabığını əvvəlcədən soymaq məsləhət görülmür. Qabıq sayəsində povidlo əlavə qatılaşdırıcı olmadan da sıx konsistensiya əldə edə bilər.
Bunun üçün yaxşı yetişmiş və tez yumşalan almalardan istifadə etmək olar. Almalar əvvəlcə yaxşı yuyulur, doğranır və toxum hissələri çıxarılır. Daha sonra az miqdarda su əlavə edilərək yumşalana qədər bişirilir.
Yumşalmış almalar blenderdən keçirilir. Daha hamar konsistensiya istəyənlər alınmış püresi süzgəcdən keçirə bilər.
Hazırlanan alma püresinə şəkər əlavə edilir və qarışıq əvvəlcə qaynadılır, daha sonra ocaq minimuma endirilir. Povidlonu güclü odda sürətlə qaynatmaq əvəzinə zəif odda yavaş-yavaş bişirmək lazımdır. Bu zaman artıq su tədricən buxarlanır və qarışıq qatılaşır.
Povidlonun yanmaması üçün onu vaxtaşırı qarışdırmaq, sonda isə az miqdarda limon suyu əlavə etmək olar. Hazır olub-olmadığını yoxlamaq üçün qaşıqdan axışına baxmaq kifayətdir: maye kimi axmır, qatı damcılar şəklində düşürsə, povidlo hazır sayılır.
Faydalı məsləhət:
Povidlonu uzun müddət saxlamaq istəyirsinizsə, onu isti halda sterilizə edilmiş bankalara doldurub qapağını möhkəm bağlamaq və soyuduqdan sonra sərin, qaranlıq yerdə saxlamaq lazımdır.
Qeyd edək ki, povidlo hazırlanarkən şəkərin miqdarına diqqət etmək vacibdir. Şəkərin çox olması məhsulun kaloriliyini artırır. Buna görə xüsusilə şəkər qəbulunu məhdudlaşdıran şəxslər belə məhsulları ölçülü şəkildə istehlak etməlidirlər.
Müəllif: Adəm
-
Yaxın Şərq14:33İsrail hökumətində qarşıdurma: Netanyahu ilə onun arasında savaş gedir
-
Region13:16Paşinyanın dəmir yolu planı Moskvanı qəzəbləndirdi - Görün Lavrov necə reaksiya verdi
-
Dünya12:43Müəmma açıqlandı: Con Retkliff Moskvada Putinə sərt mesaj verdi
-
Dünya09:28Putin bu ölkədən 50 min əsgər istəyir - Yeni müharibə planı üzə çıxdı
-
Magazin208:36Məşhur aktyor ticarət mərkəzində döyüldü
-
ABŞ07:30Nahar fasiləsində 1,73 milyonluq cekpotu uddu
-
Magazin106:16Nazirlik Azərə 200 min manat ödəyəcək
-
Dünya05:15Ədən körfəzində şiddətli zəlzələ baş verdi


































.jpg)

.jpg)