Sağlamlıq
İki il məzuniyyətə çıxmayanları gözləyən təhlükə - Psixoloq xəbərdarlıq etdi
Bəzən insanlar maliyyə problemləri və iş prosesinə nəzarəti itirmək qorxusu səbəbindən məzuniyyətlərini təxirə salırlar.
Publika.az xəbər verir ki, psixologiya üzrə fəlsəfə doktoru Sofya Sulim uzun müddət məzuniyyətsiz işləməyin ciddi fəsadlara səbəb ola biləcəyini bildirib.
Onun sözlərinə görə, insan altı aylıq intensiv işdən sonra əmək qabiliyyətinin əhəmiyyətli dərəcədə azaldığını hiss edir. Bir il ərzində məzuniyyət olmayanda isə artıq tükənmə prosesi başlayır.
Psixoloq qeyd edib ki, hətta müntəzəm həftəsonları belə orqanizmin tam bərpası üçün kifayət etməyə bilər. Gərginlik tədricən toplanır və bədən daha uzunmüddətli fasiləyə ehtiyac duyur. Bunun üçün mütləq uzunmüddətli səyahətə çıxmaq lazım deyil. Bir neçə gün işdən və iş tapşırıqlarından uzaq qalmaq belə insanın rahatlamasına və tükənmə riskinin azalmasına kömək edə bilər.
Mütəxəssis xəbərdarlıq edib ki, iki il məzuniyyətsiz işləmək artıq daha ciddi bərpa tələb edə bilər. Davamlı stress fonunda xroniki yorğunluq, əmək qabiliyyətinin azalması və psixosomatik problemlər yarana bilər.
Müəllif: Adəm
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?
-
Yaxın Şərq09:24Hörmüz od içində: Bir gecədə 3 tanker minaya düşdü
-
ABŞ08:12ABŞ və İsrailin İrana yeni hücum planı - Hədəflər bəlli oldu
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?





















.jpg)












