Sağlamlıq
Bu məşqlər qarın piyini əridir: Bel incəlir, çəki azalır - FOTO
Yüksək intensivlikli interval məşqləri (HIIT) beli incəltməyə və bədəndəki yağ kütləsini azaltmağa kömək edə bilər.
Publika.az xəbər verir ki, bu barədə metodiki tövsiyələrdə bildirilir.
Mütəxəssislərin sözlərinə görə, HIIT məşqləri digər metodlarla müqayisədə orqanizmin funksional vəziyyətinin və maddələr mübadiləsinin yaxşılaşdırılması baxımından üstünlüklərə malikdir.
Araşdırmaların meta-analizi göstərib ki, yüksək intensivlikli interval məşqləri bel çevrəsini və bədən çəkisini azaltmaqla yanaşı, qanda trigliserid və qlükozanın səviyyəsini aşağı salır, həmçinin orqanizmin maksimal oksigen qəbulunu yaxşılaşdırır.
Bədən kütlə indeksinin və çəkisinin azaldılması üçün isə orta intensivlikli fasiləsiz aerobik məşqlər daha münasib hesab olunur. Bununla yanaşı, əzələ kütləsinin qorunması və maddələr mübadiləsinin sürətli qalması üçün güc məşqləri də vacibdir.
Mütəxəssislər ən yaxşı nəticə üçün hər iki fiziki aktivlik növünün birləşdirilməsini tövsiyə ediblər.
40 yaşdan yuxarı şəxslərin isə xüsusi ehtiyatlı olması vurğulanıb. Bu yaşda ürək-tənəffüs ehtiyatı azaldığından isinmə müddəti uzadılmalı, tullanma və zərbə xarakterli hərəkətlərdən imtina edilməlidir. Klassik HIIT əvəzinə daha uzun istirahət fasilələri olan, aşağı zərbəli interval məşqlərinə üstünlük verilməsi tövsiyə olunur.
Məşq zamanı, eləcə də məşqdən əvvəl və sonra arterial təzyiqə nəzarət etmək vacibdir.
Müəllif: Adəm
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?
-
Yaxın Şərq09:24Hörmüz od içində: Bir gecədə 3 tanker minaya düşdü
-
ABŞ08:12ABŞ və İsrailin İrana yeni hücum planı - Hədəflər bəlli oldu
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?





















.jpg)












