Sağlamlıq
Səhər yuxudan yorğun oyanırsınız? - Bu əlamətlərə diqqət edin
Yuxudan sonra özünü dincəlmiş hiss etməmək və gün ərzində yorğunluq bəzi hallarda əzələlərdə gərginliklə əlaqəli ola bilər. Masaj və reabilitasiya mütəxəssisi Valeriya Qreben bu cür hallarda bədəndəki bir sıra əlamətlərə diqqət yetirməyi tövsiyə edib.
Publika.az xəbər verir ki, mütəxəssisin sözlərinə görə, səhər yuxudan yorğun və bədəndə ağırlıq hissi ilə oyanmaq əzələlərin spazmından qaynaqlana bilər. Boyun, bel və çiyinlərdə gərginlik də buna işarədir.
Xüsusilə çiyinlərdə sərtlik və hərəkət məhdudluğu diqqətdən kənarda qalmamalıdır. Qolu ağrı və ağırlıq hissi olmadan yuxarı qaldırmaqda çətinlik çəkmək çiyindəki əzələlərin gərginliyindən xəbər verə bilər.
Mütəxəssis başın arxa hissəsində yaranan ağrıların da boyun-çiyin nahiyəsindəki spazmla əlaqəli ola biləcəyini bildirib. Bu əlamətlərə başgicəllənmə, göz önündə dumanlanma və yuxululuq da əlavə oluna bilər.
Əllərdə və barmaqlarda, xüsusilə səhərlər keyimə və uyuşma da diqqət tələb edən əlamətlər sırasındadır. Axşama doğru ayaqlarda ağırlıq və şişkinlik də bədəndə qan və limfa dövranı ilə bağlı problemlərin göstəricisi ola bilər.
O, həmçinin məşq zamanı əzələləri əvvəlki kimi hiss etməməyi, son vaxtlar daha çox əyilərək gəzməyi və bədəndə toxunanda ağrıyan bərk düyünlərin yaranmasını da nəzərə almağı tövsiyə edib.
Qeyd edək ki, bu əlamətlərin müxtəlif səbəbləri ola bilər. Davamlı və ya güclü ağrı, keyimə və hərəkət məhdudluğu zamanı həkimə müraciət etmək vacibdir.
Adəm
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?
-
Yaxın Şərq09:24Hörmüz od içində: Bir gecədə 3 tanker minaya düşdü
-
ABŞ08:12ABŞ və İsrailin İrana yeni hücum planı - Hədəflər bəlli oldu
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?





















.jpg)












