Sağlamlıq
Gözaltı torbalarının səbəbi bu imiş
Gözaltı torbaları və bədəndə şişkinlik təkcə yuxusuzluq və ya orqanizmin xüsusiyyətləri ilə bağlı olmaya bilər. Məlum olub ki, həddindən artıq dar geyimlər də bu problemə səbəb ola bilir.
Publika.az xəbər verir ki, bu barədə Piroqov Universitetinin Morfologiya kafedrasının assistenti Vyaçeslav Artişev "News.ru"ya açıqlamasında bildirib.
Həkimin sözlərinə görə, dar yaxalıq, sıx büstqalter və ya beli kəmərlə həddindən artıq sıxmaq limfa axınını çətinləşdirə bilər.
Artışev bildirib ki, limfa sistemi orqanizmdə artıq mayenin xaric olunmasının öhdəsindən gəlmədikdə şişkinlik yaranır. Dar geyim limfa damarlarını və düyünlərini sıxır, qidada duzun çox olması isə mayenin axınını pozur. Susuzluq zamanı limfa daha qatı olur və damarlar vasitəsilə hərəkəti çətinləşir.
Həkim azhərəkətli həyat tərzinin də şişkinliyə səbəb olduğunu vurğulayıb. Uzun müddət oturmaq nəticəsində maye ayaqlarda toplana, axşam saatlarında baldırlarda, limfa axını pozulduqda isə üz nahiyəsində şişkinlik yarana bilər.
Adəm
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?
-
Yaxın Şərq09:24Hörmüz od içində: Bir gecədə 3 tanker minaya düşdü
-
ABŞ08:12ABŞ və İsrailin İrana yeni hücum planı - Hədəflər bəlli oldu
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?





















.jpg)












