Sağlamlıq
30 gün şirniyyatdan imtina etsəniz... - Orqanizmdə gözlənilməz dəyişikliklər
Şirniyyatdan 30 gün imtina etmək təkcə çəkinin azalmasına deyil, həm də iştahanın, ümumi əhvalın və dərinin vəziyyətinin yaxşılaşmasına səbəb ola bilər.
Publika.az xəbər verir ki, dietoloq Yelena Sebkonun sözlərinə görə, söhbət ilk növbədə əlavə şəkərin - konfet, şokolad, şirniyyat, xəmir məmulatları, desertlər və şirin içkilərin rasiondan çıxarılmasından gedir. Meyvə kimi təbii karbohidrat mənbələrindən isə tamamilə imtina etmək lazım deyil.
Mütəxəssis bildirib ki, ilk günlər şirniyyatdan imtina etmək asan olmaya bilər. Bu dövrdə aclıq hissi, əsəbilik, yorğunluq və şirin yemək istəyi arta bilər.
Bir müddət sonra isə şirniyyata olan həvəs adətən azalır. İştahanı idarə etmək asanlaşır, qəfil aclıq hissi və tez-tez qəlyanaltı etmək istəyi azalır.
Əgər rasionda əvvəllər çoxlu şirin qida və içki olubsa, onların məhdudlaşdırılması gün ərzində yuxululuq və yeməkdən sonra yaranan kəskin yorğunluq hallarını da azalda bilər.
Şirniyyatdan imtina ümumi kalori qəbulu azaldığı halda çəkinin düşməsinə də kömək edir. Bununla yanaşı, bəzi insanlarda dərinin vəziyyəti yaxşılaşa bilər.
Dietoloq vurğulayıb ki, 30 gün şirniyyat yeməmək orqanizmi “yenidən işə salmır” və toksinləri xaric etmir. Əsas məsələ şirniyyatın nə ilə əvəz olunmasıdır.
Müəllif: Adəm
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?
-
Yaxın Şərq09:24Hörmüz od içində: Bir gecədə 3 tanker minaya düşdü
-
ABŞ08:12ABŞ və İsrailin İrana yeni hücum planı - Hədəflər bəlli oldu
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?





















.jpg)












