Sağlamlıq
Arıqlamaq istəyən kişilərə XƏBƏRDARLIQ: Bu dərmanlar saçınızı tökəcək
Arıqlamaq üçün istifadə olunan məşhur preparatlar kişilərdə keçəlləşmə riskini artıra bilər.
Publika.az xəbər verir ki, bu barədə “Journal of Investigative Dermatology” jurnalında dərc olunan araşdırmada bildirilir.
Alimlər böyük genetik məlumat bazalarını araşdıraraq GLP-1 reseptorunun aktivliyi ilə bağlı gen variantlarını kişi tipli keçəlləşməyə meyilli şəxslərin genetik xüsusiyyətləri ilə müqayisə ediblər.
Araşdırma nəticəsində müəyyən olunub ki, genetik olaraq saç tökülməsinə meyilli kişilərdə GLP-1 sisteminin aktivliyinin artması keçəlləşmə riskini təxminən 7 faiz yüksəldə bilər. Bu əlaqə hipertoniya, insulinə müqavimət və testosteron səviyyəsinin azalması kimi amillər nəzərə alındıqdan sonra da qorunub.
İndiyədək bu cür dərmanlardan istifadə zamanı saç tökülməsi əsasən sürətli çəki itkisi ilə əlaqələndirilirdi. Tədqiqatçılar isə nəticələrin GLP-1 sisteminə təsirlə kişi tipli keçəlləşmə arasında mümkün genetik əlaqəyə işarə etdiyini bildiriblər.
Bununla yanaşı, alimlər araşdırmanın konkret preparatların birbaşa təsirini qiymətləndirmədiyini də vurğulayıblar.
Adəm
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?
-
Yaxın Şərq09:24Hörmüz od içində: Bir gecədə 3 tanker minaya düşdü
-
ABŞ08:12ABŞ və İsrailin İrana yeni hücum planı - Hədəflər bəlli oldu
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi

































