Ürəyi qorumağın sirri bu iki məhsuldadır
Bizi izləyin

Sağlamlıq

Ürəyi qorumağın sirri bu iki məhsuldadır

Ürəyi qorumağın sirri bu iki məhsuldadır

Alimlər ürək-damar xəstəlikləri riskini azaltmağa kömək edə biləcək iki faydalı məhsulu açıqlayıblar.

Publika.az xəbər verir ki, “Nutrients” jurnalında dərc olunan araşdırmaya əsasən, tam taxıllı yulaf və arpanın müntəzəm istehlakı ürək sağlamlığına müsbət təsir göstərə bilər.

Araşdırmada 68 nəfər iştirak edib. Könüllülər üç qrupa bölünüb: birinci qrup adi qidalanmaya davam edib, ikinci qrup hər gün tam taxıllı yulaf məhsulları, üçüncü qrup isə arpa məhsulları qəbul edib.

Nəticələr göstərib ki, yulaf iştirakçıların lipid profilini yaxşılaşdıraraq “pis” xolesterin kimi tanınan aşağı sıxlıqlı lipoproteinlərin səviyyəsini azaldıb. Arpa isə ürək-damar sistemi ilə bağlı digər göstəricilərə müsbət təsir göstərib.

Tədqiqatçılar bu təsirin yulaf və arpanın tərkibindəki xolesterin səviyyəsinin tənzimlənməsinə kömək edən beta-qlükan adlı həll olunan liflə əlaqəli ola biləcəyini bildiriblər.

Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm