Sağlamlıq
Həkim ömrü uzadan qidalardan danışdı
Müəyyən vərdişlər və ərzaq qrupları toplusu var ki, onlar kompleks şəkildə xroniki xəstəliklərin yaranma riskini azaldır və orqanizmi dəstəkləyir.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Maarif Universitetinin Tibb fakültəsinin Cərrahiyyə kafedrasının baş müəllimi Aleksandr Umnov Lenta.ru-ya açıqlamasında bildirib.
Həkim bildirib ki, tərəvəzlər, meyvələr və yarpaqlı göyərtilər həzm və toxluq hissi üçün lif, eləcə də qocalmanı ləngidən C, A, B vitaminləri, minerallar və antioksidantlar təmin edir. Paxlalılar bitki mənşəli zülal, lif, mürəkkəb karbohidratlar, fol turşusu və digər fitoaktiv maddələrin mənbəyidir.
Ekspert vurğulayıb ki, bu məhsulların müntəzəm qəbulu ürək-damar xəstəlikləri, hipertoniya və qlükoza nəzarəti ilə bağlı problemlərin riskinin azalması ilə əlaqələndirilir.
“Tam dənli məhsullar, məsələn, yulaf yarması, qarabaşaq, qonur düyü, kinoa, tam dənli çörək dənəciyin qabığını, dolayısı ilə maksimum lif, B qrupu vitaminləri və mineralları saxlayır. Çəkiyə və qandakı şəkərin səviyyəsinə nəzarət etməyə kömək edir. Qızılbalıq, sardina, skumbriya, siyənək kimi yağlı balıqlar iltihabı azaldan, damarların sağlamlığını dəstəkləyən və beynin fəaliyyətini yaxşılaşdıran omeqa-3 yağ turşularının əsas mənbəyidir. Qoz-fındıq və toxumların tərkibində isə faydalı yağlar, lif, zülal, E vitamini, maqnezium və kalium var”, - deyə Umnov tövsiyə edib.
Cərrah vurğulayıb ki, qidalanmada müxtəliflik çox vacibdir, çünki məhsul çeşidi nə qədər geniş olarsa, orqanizmin müxtəlif qida maddələrinə olan tələbatı bir o qədər tam ödənilər:
"Qidada ölçülü olmaq və kaloriliyə nəzarət də önəmlidir, çünki hətta faydalı qidanın həddindən artıq qəbulu çəki artımına gətirib çıxarır, artıq çəki isə bir çox xəstəliklərin risk faktorudur"
O həmçinin qeyd edib ki, yeməyin hazırlanma üsulu da vacibdir: dərin yağda qızartmaq əvəzinə pörtlətmə, sobada bişirmə və buğda hazırlamaq daha məqsədəuyğundur.
Hüseyn İbadlı
-
MDB09:14Ukrayna Soçini vurur - Neft anbarı yanır
-
Sosial08:12Bakı və Abşeronun bir sıra ərazilərində işıq olmayacaq
-
Sağlamlıq08:00Həkim ömrü uzadan qidalardan danışdı
-
Magazin107:00Domino fəlakəti: “Çelsi”, “Monako” və “Everton” anlaşmaları necə çökdü?
-
Magazin206:16Jurnal üçün dərin dekolteli və uzun yarıqlı libasda poza verdi - FOTO/VİDEO
-
Qadın00:45“Gözəl qadın” filmindəki saç düzümü payızın trendinə çevriləcək
-
Yaxın Şərq00:30Oman İranla Hörmüz boğazı müqaviləsindən imtina etdi
-
Magazin200:1557 yaşlı Cennifer Lopezin gənclik FOTOLARI












.jpg)






















.jpg)
.jpg)