Sağlamlıq
Kardioloq xəbərdarlıq etdi: Bu hərəkət ürəyi dayandıra bilər
Ekstremal tullanmalar zamanı ürək ciddi stressə məruz qalır.
Publika.az xəbər verir ki, bu barədə Skandinaviya Sağlamlıq Mərkəzinin kardioloqu Yuliya Moryakova “Qazeta.ru”ya açıqlamasında bildirib.
Onun sözlərinə görə, tullanma zamanı qanda adrenalinin səviyyəsi saniyələr ərzində 5-10 dəfə artır. Ürək döyüntüləri dəqiqədə 160-200-ə, arterial təzyiq isə 30-60 mm civə sütununa qədər yüksələ bilər.
Həkim bildirib ki, ateroskleroz, gizli aritmiya və digər ürək-damar problemləri olan şəxslərdə bu yük infarkt və ya təhlükəli ritm pozuntularına səbəb ola bilər.
Xüsusi risk hipertrofik kardiomiopatiyası olan insanlardadır. Bu xəstəlik uzun müddət heç bir əlamət verməyə bilər. Lakin güclü fiziki yük zamanı qalınlaşmış ürək əzələsi qanın çıxışını məhdudlaşdıraraq ürəyin qəfil dayanmasına səbəb ola bilər.
Paraşütlə tullanma zamanı yüksəkliyə bağlı oksigen çatışmazlığı da əlavə risk yaradır. Mütəxəssis qeyd edib ki, 4000 metr yüksəklikdə oksigenin miqdarı təxminən 35 faiz azalır.
Kardioloq xüsusilə 40 yaşdan yuxarı, siqaret çəkən, artıq çəkisi, yüksək xolesterini və ya diabeti olan şəxsləri ehtiyatlı olmağa çağırıb.
Müəllif: Roza
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır






































