Sağlamlıq
Yemək yeyən kimi yenə acırsınız? - Səbəbi bu imiş
Daimi aclıq hissi hətta yeməkdən sonra da davam edirsə, bunun səbəbi seçilən qidaların kifayət qədər doyumlu olmaması ilə bağlı ola bilər.
Publika.az xəbər verir ki, diyetoloq Federika Amati davamlı aclıqla mübarizənin ən təsirli yollarından birinin rasionda lifli və bitki mənşəli məhsulların miqdarını artırmaq olduğunu bildirib.
Onun sözlərinə görə, lif həzmi yavaşladır, bağırsaq mikroflorasını yaxşılaşdırır və orqanizmin daha uzun müddət tox qalmasına kömək edir. Dietoloq liflə zəngin bitki mənşəli qidalarla yanaşı, keyfiyyətli zülal və faydalı yağların da qəbulunu tövsiyə edib:
“Paxlalılar, qoz-fındıq, toxumlar, bütöv meyvə və tərəvəzlər, tam taxıllı məhsullar, yumurta, süd məhsulları və yağlı balıqlara üstünlük verin. Bu qidalar qida maddələri ilə zəngindir və yavaş həzm olunduğu üçün gün ərzində enerjinin tədricən ayrılmasını təmin edir”.
Mütəxəssis əlavə edib ki, bəzi insanlar susuzluğu aclıq hissi ilə səhv sala bilər. Bu səbəbdən gün ərzində müntəzəm su içmək vacibdir.
İştahanın tənzimlənməsində fiziki aktivlik də mühüm rol oynayır. Mütəxəssis bildirib ki, hərəkət stressi azaldır, yuxunu yaxşılaşdırır, qanda şəkərin səviyyəsini tənzimləməyə və maddələr mübadiləsini yaxşılaşdırmağa kömək edir.
Müəllif: Adəm
-
Kriminal19:40Azərbaycanda övladlarına işgəncə verən ana və ögey ata həbs edildi
-
Elm və təhsil18:30Övladını dərsdən yayındıran valideynləri hansı məsuliyyət gözləyir? - Rəsmi
-
Hadisə18:20Ceyranbatanda çoxmərtəbəli yaşayış binasında yanğın - Foto/Video/Yeniləndi
-
Rəsmi xronika15:44Türkmənbaşıda Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirildi - YENİLƏNDİ
-
Nida Xəbər 14:40Hərbi vəzifəlilərin NƏZƏRİNƏ! - Baş nazirdən QƏRAR
-
Dünya14:02Qarşıdan gələn qış Avropa üçün ağır keçə bilər: Qaz çatışmazlığı riski artır
-
Sosial13:28İlham Əliyev MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış oldu - FOTO
-
Sosial13:24Qadınlar işdə səhvlərini niyə etiraf etmirlər? - Səbəb cəza deyil, kişi...



































.jpg)

