Sağlamlıq
Ürəyə vurulan gizli zərbə - Enerji içkilərinin dağıdıcı təsiri üzə çıxdı
Enerji içkiləri təcili olaraq gümrahlaşmağa ehtiyacı olanlar üçün çoxdan adi yoldaşa çevrilib. Lakin gümrahlıq illuziyasının arxasında ürək-damar sisteminə güclü təsir gizlənir.
Publika.az xəbər verir ki, Gazeta.ru-ya müsahibəsində kardioloq, funksional diaqnostika həkimi, “Doktor” telekanalının eksperti Kristina Vulf energetik içkiləri qəti şəkildə içmək qadağan olanlar və hansı əlamətlərin təcili yardım tələb etməsi barədə danışıb.
Ekspertin sözlərinə görə, enerji içkiləri aritmiyası, arterial hipertenziyası, işemik ürək xəstəliyi və ürək çatışmazlığı olan pasiyentlərə əks-göstərişdir. Onlarda stimulyatorların qəbulu ürək ritminin pozulması riskini kəskin şəkildə artırır.
Xüsusi risk qrupunda idmançılar yer alır. “Onlarda energetiklər həyat üçün təhlükəli aritmiyaları, məsələn, mədəcik taxikardiyasını stimullaşdıra bilər”, - deyə Vulf xəbərdarlıq edib.
Ən təhlükəli kateqoriya energetikin spirtli içki ilə qarışdırılmasıdır. Belə birləşmə elektrolit pozulmaları və ağır aritmiyalar üzrə yüksək risklərə görə orqanizmə zərbə vurur.
Vulf qeyd edib ki, əsas təhlükə tərkibdə gizlənir.
“Quarana və taurinin birləşməsi katexolaminlərin ifrazına səbəb olur və miokardda triger aktivliyini işə salır. Saf halda kofein özlüyündə belə təhlükəli xüsusiyyətlərə malik deyil, lakin energetikin tərkibində o, riskləri nəzərəçarpacaq dərəcədə artırır”, - deyə kardioloq izah edib.
“Həmçinin energetiklər təzyiqin sıçrayışlı artmasına səbəb olur, damarların funksiyasını pozur və EKQ-də QTc intervalını uzadır. Uzun QT sindromu kimi nadir irsi patologiyalar zamanı bu, qəfil ürək ölümünə səbəb ola bilər”, - deyə həkim vurğulayıb.
Təhlükəli əlamətlər bunlardır: sürətlənmiş ürəkdöyüntü, ürəyin işində fasilələr, başgicəllənmə, yerişin qeyri-sabitliyi və döş qəfəsində ağırlıq. Onlar meydana çıxdıqda təcili olaraq yardım üçün müraciət etmək lazımdır.
“EKQ-ni mümkün qədər tez qeydə almaq vacibdir — bunun üçün hətta smart-saatların funksiyasından da istifadə etmək olar”, - deyə Vulf məsləhət görüb.
O deyib ki, təzyiq sıçrayışları və ya ritm problemləri yarandıqda energetiklərdən həmişəlik imtina etmək lazımdır.
Hüseyn İbadlı
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?
-
Yaxın Şərq09:24Hörmüz od içində: Bir gecədə 3 tanker minaya düşdü
-
ABŞ08:12ABŞ və İsrailin İrana yeni hücum planı - Hədəflər bəlli oldu
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi

































