Sağlamlıq
Göz qapaqlarındakı bu əlamət infarkt və insult riskindən xəbər verir
Göz qapaqlarında yaranan sarımtıl ləkə, qabarcıqlar infarkt və insult riskinin artmasının xarici əlaməti ola bilər. Stenford Universitetinin alimləri 36 minə yaxın insanın məlumatlarını təhlil edərək bu qənaətə gəliblər.
Publika.az xəbər verir ki, araşdırmanın nəticələri "Atherosclerosis" jurnalında dərc olunub.
Söhbət ksantelazmalardan - göz ətrafında xolesterin və digər yağların hüceyrələrdə toplanması nəticəsində yaranan sarımtıl törəmələrdən gedir. Bu cür əlamətlər yüksək xolesterin səviyyəsi olan insanlarda daha çox müşahidə edilsə də, qan analizləri normal olan şəxslərdə də ortaya çıxa bilər.
Tədqiqat zamanı ksantelazması olan 17 925 nəfərin göstəriciləri eyni sayda sağlam şəxsin nəticələri ilə müqayisə edilib. Diaqnozdan sonrakı ilk il ərzində ksantelazması olanların 1 faizində infarkt baş verib. Bu göstərici digər qrupda 0,35 faiz olub.
İnsult keçirənlərin nisbəti isə müvafiq olaraq 0,95 və 0,3 faiz təşkil edib. Keçici işemik hücum (beyinə qan axınının qısa müddətli pozulması) da birinci qrupda daha çox qeydə alınıb – 0,6 faizlə müqayisədə 0,19 faiz.
Alimlərin fikrincə, ürək-damar ağırlaşmaları riski beş və on il sonra da yüksək olaraq qalıb. Maraqlıdır ki, ksantelazma ilə infarkt və insult riski arasındakı əlaqə qandakı yağların səviyyəsindən asılı olmayıb.
Mütəxəssislər vurğulayırlar ki, ksantelazmaların özləri infarkt və ya insulta səbəb olmur. Lakin onlar ürək-damar riskini artıran müəyyən pozuntuların xarici göstəricisi ola bilər.
Bu səbəbdən göz qapaqlarında belə sarımtıl törəmələrin yaranması xolesterin səviyyəsini, arterial təzyiqi və ürək-damar sisteminin digər göstəricilərini yoxlatmaq üçün siqnal hesab edilə bilər.
Müəllif: Adəm
-
Avropa10:15Rusiyanın "kölgə donanmasına" Niderlanddan zərbə
-
MDB09:38Rusiyadan maraqlı gediş - Kanalizasiyanı vurdular
-
Sosial09:27Romantikadan sonrakı reallıq: Əcnəbilərlə qurulan ailələr niyə dağılır?
-
ABŞ08:45Tramp: Mən səkkiz Nobel Sülh Mükafatı almalı idim
-
Avto07:35Çin maşını almaq istəyənlərə xəbərdarlıq - Yeni qaydalar Azərbaycana da təsir edəcək
-
Nida Xəbər 06:16Türkiyədən Azərbaycanla bağlı yayılan paylaşımlara sərt reaksiya
-
Region03:43İranda partlayış oldu, polis rəisinin müavini öldü
-
Qoroskop01:20Günün ulduz falı: Pul itkilərinin qarşısını almaq üçün tədbirlər görməlisiz
















.jpg)
.jpg)









.jpg)






.jpg)



