Sağlamlıq
İlan qanından "kokteyl” hazırlandı: Kim içsə... - MÖCÜZƏ
Amerikalı bioloqlar zınqırovlu ilanlarının qanında onların öz zəhərinin təsirini neytrallaşdıran zülallar aşkar ediblər.
Publika.az xəbər verir ki, alimlər qərb rombşəkilli zınqırovlu ilanın qanındakı qoruyucu zülalları araşdırıblar. Məlum olub ki, bu molekullar zəhərin toxumaları dağıdan, damarları zədələyən və daxili qanaxmaya səbəb olan komponentlərini bloklaya bilir.
Tədqiqatçılar zülalları xüsusi kombinasiyada birləşdirərək yeni “protein kokteyli” hazırlayıblar. Laboratoriya sınaqlarında bu qarışıq zəhərin ölümcül təsirini tamamilə neytrallaşdırıb və hazırda istifadə olunan antidotlardan birindən təxminən 10 dəfə daha effektiv olub.
Alimlərin fikrincə, kəşf daha təhlükəsiz və dəqiq təsir göstərən yeni antidotların hazırlanmasına imkan verə bilər. Ənənəvi zəhər əleyhinə preparatlar immun reaksiyalara səbəb ola bildiyi halda, konkret ilan zülallarından istifadə yan təsirləri və dərmanın dozasını azaltmağa kömək edə bilər.
Nəticələr hələlik yalnız laboratoriya və klinikadan əvvəlki sınaqlarda əldə edilib. Yeni preparatın insanlar üzərində sınaqdan keçirilməsi üçün əlavə təhlükəsizlik araşdırmaları aparılmalıdır.
Qeyd edək ki, araşdırma "Proceedings of the National Academy of Sciences (PNAS)" jurnalında dərc olunub.
Müəllif: Adəm
-
ABŞ08:12ABŞ və İsrailin İrana yeni hücum planı - Hədəflər bəlli oldu
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi
-
Nida Xəbər 21 Oktyabr 18:50Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye
-
Rəsmi xronika21 Oktyabr 17:09“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı













.jpg)



















