Sağlamlıq
Erkən ölüm riskini azaltmağın sadə yolu: Gündə 30 dəqiqə kifayətdir
Sürətli yerimək gündə az addım atan insanlarda belə erkən ölüm riskini azalda bilər.
Publika.az xəbər verir ki, bununla bağlı “British Journal of Sports Medicine” jurnalında araşdırma dərc olunub.
Araşdırmada 100 mindən çox orta və yaşlı insanın məlumatları təhlil edilib. İştirakçıların yeddi gün ərzində addım sayı və yerimə sürəti izlənilib, daha sonra onların sağlamlıq vəziyyəti təxminən səkkiz il ərzində müşahidə olunub.
Nəticələr göstərib ki, gündə 5 mindən az addım atan, lakin dəqiqədə ən azı 80 addım sürətlə yeriyən insanların ölüm riski daha yavaş templə 5-7,5 min addım atanlarla müqayisə edilə biləcək səviyyədədir.
Alimlər xüsusilə gündə ən azı 30 dəqiqə sürətli yeriməyin faydalı olduğunu bildirirlər. Erkən ölüm riskinin ən aşağı olduğu göstərici isə gündə 7,5-10 min addım atan insanlarda müşahidə edilib.
Tədqiqatın müəllifləri vurğulayırlar ki, sağlamlıq üçün yalnız addımların sayı deyil, yerimə sürəti də əhəmiyyətlidir.
Müəllif: Roza
-
ABŞ08:12ABŞ və İsrailin İrana yeni hücum planı - Hədəflər bəlli oldu
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi
-
Nida Xəbər 21 Oktyabr 18:50Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye
-
Rəsmi xronika21 Oktyabr 17:09“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı













.jpg)



















