Sağlamlıq
Qaraciyər xərçənginə qarşı yeni dərman yaradıldı - Metastazlara da təsir edir
Rusiyalı alimlər qaraciyər xərçənginin müalicəsi üçün, həmçinin metastazların terapiyasında istifadə oluna biləcək radiome preparat hazırlayıblar.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Federal Əqli Mülkiyyət Xidmətinin (Rospatent) rəhbəri Yuri Zubov bildirib.
O, hazırlanan dərman barədə Rusiyanın baş naziri Mixail Mişustinlə görüşündə danışıb. Baş nazir tibb və əczaçılığın "Rospatent"ə daxil olan patent müraciətlərinin sayına görə ən aparıcı istiqamətlərdən olduğunu və bu sahənin böyük ixrac potensialına malik olduğunu qeyd edib.
Yuri Zubovun sözlərinə görə, preparat Rusiya Səhiyyə Nazirliyinin Milli Radiologiya Tibbi Tədqiqat Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanıb. Dərman qaraciyər xərçənginin müalicəsində istifadə olunmaqla yanaşı, xəstəliyin metastazlarına qarşı terapiyada da tətbiq edilə bilər.
Yeni preparatın digər xüsusiyyətləri və klinik praktikada nə vaxt tətbiq olunacağı barədə məlumat verilməyib.
Müəllif: Adəm
-
Kriminal19:40Azərbaycanda övladlarına işgəncə verən ana və ögey ata həbs edildi
-
Elm və təhsil18:30Övladını dərsdən yayındıran valideynləri hansı məsuliyyət gözləyir? - Rəsmi
-
Hadisə18:20Ceyranbatanda çoxmərtəbəli yaşayış binasında yanğın - Foto/Video/Yeniləndi
-
Rəsmi xronika15:44Türkmənbaşıda Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirildi - YENİLƏNDİ
-
Nida Xəbər 14:40Hərbi vəzifəlilərin NƏZƏRİNƏ! - Baş nazirdən QƏRAR
-
Dünya14:02Qarşıdan gələn qış Avropa üçün ağır keçə bilər: Qaz çatışmazlığı riski artır
-
Sosial13:28İlham Əliyev MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış oldu - FOTO
-
Sosial13:24Qadınlar işdə səhvlərini niyə etiraf etmirlər? - Səbəb cəza deyil, kişi...



































.jpg)

