Sağlamlıq
Piylənmə orqanizmi vaxtından əvvəl qocaldır - Alimdən xəbərdarlıq
Piylənmə orqanizmin bioloji qocalmasını sürətləndirə bilər.
Publika.az xəbər verir ki, bunu akademik Natalya Mokrişeva deyib.
Onun sözlərinə görə, endokrinologiya sahəsində müasir yanaşmaya əsasən, piylənmə bioloji qocalmanın sürətlənməsində mühüm rol oynayır. Akademik qeyd edib ki, bu problemdə bədən kütləsi indeksi, piylərin bədəndə paylanması və bədən tərkibi arasında birbaşa əlaqə mövcuddur.
Mokrişeva bildirib ki, piylənmənin inkişafına stress, düzgün olmayan qidalanma, fiziki aktivliyin azlığı və zərərli vərdişlər ciddi təsir göstərir.
Mütəxəssisin sözlərinə görə, piylənmə həmçinin koqnitiv pozuntuların, ürək-damar sistemində problemlərin, xroniki iltihabın yaranmasına və əzələ funksiyasının zəifləməsinə səbəb ola bilər.
Qeyd edək ki, sentyabrın əvvəlində Rusiya Endokrinoloqlar Cəmiyyətinin yeni klinik tövsiyələr layihəsi hazırladığı açıqlanıb. Layihədə yeni diaqnoz - “superpiylənmə” anlayışının tətbiqi təklif olunur. Bu diaqnoz bədən kütləsi indeksi 50 kq/m²-dən yuxarı olan şəxslərə qoyulacaq.
Belə vəziyyətdə kişilərə testosteron səviyyəsini yoxlatmaq, qadınlara isə, xüsusilə menstrual tsikldə problem və ya sonsuzluq olduqda, ginekoloq və endokrinoloqa müraciət etmək tövsiyə olunur. Adi “piylənmə” diaqnozu isə bədən kütləsi indeksi 30 kq/m²-dən yuxarı olduqda qoyulur.
Müəllif: Adəm
-
Sağlamlıq12:30Piylənməsi olanların nəzərinə - Həkimdən xərçəng xəbərdarlığı
-
Avropa10:15Rusiyanın "kölgə donanmasına" Niderlanddan zərbə
-
MDB09:38Rusiyadan maraqlı gediş - Kanalizasiyanı vurdular
-
Sosial09:27Romantikadan sonrakı reallıq: Əcnəbilərlə qurulan ailələr niyə dağılır?
-
ABŞ08:45Tramp: Mən səkkiz Nobel Sülh Mükafatı almalı idim
-
Avto07:35Çin maşını almaq istəyənlərə xəbərdarlıq - Yeni qaydalar Azərbaycana da təsir edəcək
-
Nida Xəbər 06:16Türkiyədən Azərbaycanla bağlı yayılan paylaşımlara sərt reaksiya
-
Region03:43İranda partlayış oldu, polis rəisinin müavini öldü

























.jpg)







.jpg)



