Sağlamlıq
Alzheimer xəstəliyinin yeni səbəbi aşkarlandı
Alzheimer xəstəliyinin inkişafında yalnız beyində baş verən proseslərin deyil, orqanizmin digər hissələrində aktivləşən immun hüceyrələrin də rol oynaya biləcəyi müəyyənləşib. ABŞ-ın Sent-Luis şəhərindəki Vaşinqton Universitetinin alimləri bu hüceyrələrin beyində iltihab yaradaraq neyronların zədələnməsinə səbəb ola biləcəyini aşkar ediblər.
Publika.az xəbər verir ki, tədqiqatın nəticələri “Nature Neuroscience” jurnalında dərc olunub.
Alimlər siçanlar üzərində apardıqları təcrübələr zamanı əsas rolu CD8+ T-hüceyrələrinin oynaya biləcəyini müəyyən ediblər. Normalda bu immun hüceyrələr yoluxmuş, anormal və ya xərçəng hüceyrələrini məhv edir. Lakin tau patologiyası zamanı onların çoxlu sayda beyinə daxil olduğu və neyrodegenerasiya ilə əlaqəli olduğu müşahidə edilib.
İmmun hüceyrələr beyinə necə yönəlir?
Tədqiqatçılar T-hüceyrələrini beyinə yönəldə bilən digər immun hüceyrələri - cDC1, yəni birinci tip klassik dendritik hüceyrələri də müəyyən ediblər. Bu hüceyrələr yad zülalları tanıyır və onları T-hüceyrələrinə təqdim edərək immun reaksiyanı aktivləşdirir.
Alimlər tau patologiyası olan siçanlarda cDC1 hüceyrələrini aradan qaldırdıqda beyində iltihab və neyronların zədələnməsi əhəmiyyətli dərəcədə azalıb. Eyni zamanda beyinə daxil olan CD8+ T-hüceyrələrinin sayı da aşağı düşüb. Maraqlıdır ki, tau zülalının miqdarı demək olar dəyişməyib. Bu isə beyin zədələnməsinin təkcə tau zülalının yığılması ilə deyil, sonrakı immun reaksiyası ilə də bağlı ola biləcəyini göstərir.
Proses limfa düyünlərində davam edir
Tədqiqatçılar ehtimal edirlər ki, proses əvvəlcə beyində başlayır. Zədələnmiş neyronlar müəyyən antigen-zülalları sərbəst buraxır və onlar boynun dərin limfa düyünlərinə çata bilir. Burada cDC1 hüceyrələri CD8+ T-hüceyrələrini aktivləşdirir. Daha sonra T-hüceyrələri yenidən beyinə yönələrək iltihab prosesini və sinir hüceyrələrinin zədələnməsini gücləndirir.
Hazırda bu mexanizm yalnız heyvanlar üzərində aparılan təcrübələrdə təsdiqlənib. Bununla belə, alimlərin fikrincə, kəşf Alzheimer xəstəliyi və digər neyrodegenerativ xəstəliklərin müalicəsində yeni yanaşmanın əsasını qoya bilər.
Belə ki, gələcəkdə müalicənin birbaşa beyinə dərman çatdırmaq əvəzinə, beyin xaricindəki immun hüceyrələrə və limfa sisteminə təsir göstərməsi mümkün ola bilər. Bu yanaşma dərmanların beyinə keçməsində əsas maneələrdən biri olan qan-beyin baryerinin aşılması ehtiyacını da aradan qaldıra bilər.
Adəm
-
ABŞ08:12ABŞ və İsrailin İrana yeni hücum planı - Hədəflər bəlli oldu
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi
-
Nida Xəbər 21 Oktyabr 18:50Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye
-
Rəsmi xronika21 Oktyabr 17:09“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı













.jpg)



















