Demensiyanın ilk əlamətləri: Həkimlər bu dəyişikliklərə diqqət etməyə çağırır
Bizi izləyin

Sağlamlıq

Demensiyanın ilk əlamətləri: Həkimlər bu dəyişikliklərə diqqət etməyə çağırır

Demensiyanın ilk əlamətləri: Həkimlər bu dəyişikliklərə diqqət etməyə çağırır

Demensiyanın ilkin əlamətləri o qədər gizli ola bilər ki, onları adi yaşlanma əlamətləri ilə səhv salmaq və ya ümumiyyətlə fərq etməmək mümkündür.

Publika.az xəbər verir ki, nevroloq Co Verqez və demensiya üzrə mütəxəssis, geriatriya həkimi Malaz Bustani “Newsweek”ə açıqlamalarında xəstəliyin erkən simptomlarından danışıblar.

Verqezin sözlərinə görə, insanın yaxın zamanda baş vermiş hadisələri unutmağa başlaması, sözləri düzgün seçməkdə çətinlik çəkməsi, hesabları ödəyə bilməməsi və ya dərmanlarını düzgün qəbul etməməsi diqqət tələb edən əlamətlərdəndir. Həmçinin əvvəllər rahatlıqla etdiyi gündəlik işləri yerinə yetirməkdə çətinlik yaranması da demensiyaya işarə edə bilər.

Mütəxəssis qeyd edib ki, tanış yerlərdə istiqaməti itirmək, yerişin dəyişməsi, davranışda fərqliliklərin yaranması və qoxu hissinin zəifləməsi də xəstəliyin ilkin əlamətləri arasında ola bilər.

Bustani bildirib ki, demensiyanın gündəlik həyatda özünü göstərən ilk əlamətlərini hətta mütəxəssislər də vaxtında müəyyənləşdirməyə bilər. Həkim etiraf edib ki, atasının xəstəliyini özü də vaxtında anlaya bilməyib.

Onun sözlərinə görə, şübhələr yalnız atası dərmanların düzgün qəbul edilməməsinin ağır nəticələri səbəbindən xəstəxanaya yerləşdirildikdən sonra yaranıb. Həkim hesab edir ki, həmin vaxt demensiya artıq bir neçə il ərzində inkişaf etmişdi.

Bustani bu hadisənin insanın biliklərinə, təhsilinə və peşə fəaliyyətinə əsaslanaraq onun qabiliyyətlərini olduğundan yüksək qiymətləndirməyin nə qədər asan olduğunu göstərdiyini vurğulayıb. O bildirib ki, atası stomatoloq olub və heç kimin onun demensiyaya görə müayinə olunmasını düşünmədiyini deyib.

Həkimlər erkən diaqnozun həm gələcək dəyişikliklərə hazırlaşmaq, həm də xəstəliyin inkişafını mümkün qədər ləngitmək baxımından mühüm olduğunu qeyd ediblər.

Müəllif: Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm