Sağlamlıq
Elmdə inqilab - Artrit dərmanı tökülən saçları tam bərpa etdi
Mütəxəssislər maraqlı fakt aşkarlayıblar. Məlum olub ki, artritin müalicəsi üçün hazırlanmış dərman ağır alopesiya areatasından (Ocaqlı saç tökülməsi- immun sisteminin səhvən saç follekullarına hücum etməsi nəticəsində baş dərisində və ya bədənin digər hissələrində geniş tökülmə ilə müşahidə olunan autoimmun xəstəlik-red.) əziyyət çəkən insanların saçlarını bərpa edir. Hətta bəzi xəstələrdə saçların tam bərpası da müşahidə edilib.
Publika.az xəbər verir ki, sözügedən dərman "Janus-kinaz" inhibitoru olan upadacitinibdir. Tədqiqat "JAMA Dermatology" jurnalında dərc edilib.
İki klinik sınağın 3-cü fazasında 12-64 yaş arası 1399 insan, o cümlədən 118 yeniyetmə iştirak edib. Dozadan (15 və ya 30 mq) asılı olaraq, xəstələrin 44,6%-dən 55%-ə qədərində baş dərisində ən azı 80%-i tük örtüyü yaranıb, 13-dən 22,5%-ə qədərində isə tüklərin tam bərpası müşahidə edilib. Plasebo qrupunda iştirakçıların yalnız 1,5%-dən 3,4%-ə qədəri bu nəticəyə nail olmuşdur.
Qeyd edək ki, alopesiya saçların tam şəkildə tökülməsinə səbəb olan bir autoimmun xəstəlikdir. Upadasitinib bu xəstəlik zamanı saçların yenidən uzanmasına şərait yaradır. Təcrübələr zamanı cəmi səkkiz həftəlik müalicədən sonra əhəmiyyətli irəliləyişlər müşahidə edilib.
Müəllif: Tural
-
Kriminal19:40Azərbaycanda övladlarına işgəncə verən ana və ögey ata həbs edildi
-
Elm və təhsil18:30Övladını dərsdən yayındıran valideynləri hansı məsuliyyət gözləyir? - Rəsmi
-
Hadisə18:20Ceyranbatanda çoxmərtəbəli yaşayış binasında yanğın - Foto/Video/Yeniləndi
-
Rəsmi xronika15:44Türkmənbaşıda Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirildi - YENİLƏNDİ
-
Nida Xəbər 14:40Hərbi vəzifəlilərin NƏZƏRİNƏ! - Baş nazirdən QƏRAR
-
Dünya14:02Qarşıdan gələn qış Avropa üçün ağır keçə bilər: Qaz çatışmazlığı riski artır
-
Sosial13:28İlham Əliyev MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış oldu - FOTO
-
Sosial13:24Qadınlar işdə səhvlərini niyə etiraf etmirlər? - Səbəb cəza deyil, kişi...



































.jpg)

