Sağlamlıq
Xərçənglə bağlı yeni kəşf: 1 800-ə yaxın mikropetid aşkarlandı
Qüds İvrit Universitetinin alimləri əvvəllər az öyrənilmiş, xərçəngin inkişafı ilə əlaqəli ola biləcək təxminən 1 800 mikropetid aşkar ediblər.
Publika.az xəbər verir ki, tədqiqatın nəticələri "British Journal of Cancer" jurnalında dərc olunub.
Alimlər uzun müddət zülal istehsal edə bilmədiyi düşünülən uzun qeyri-kodlaşdırıcı RNT-lərin bəzi hissələrinin mikropetidlərin yaranması üçün məlumat daşıya biləcəyini müəyyənləşdiriblər. Mikropetidlər çox qısa zülal molekullarıdır.
Tədqiqat zamanı 10 minə yaxın şişin genom məlumatları ribosomların aktivliyi ilə bağlı nəticələrlə birləşdirilib. Kompüter modelləşdirməsindən də istifadə edən araşdırmaçılar 478 uzun qeyri-kodlaşdırıcı RNT tərəfindən kodlaşdırıldığı ehtimal edilən 1782 mikropetid müəyyən ediblər.
Onlardan 314-nün xərçəngin müxtəlif inkişaf mərhələlərində şişlərdə baş verən dəyişikliklərlə əlaqəli olduğu üzə çıxıb. Bəzi mikropetidlərin qeyri-adi quruluş və ardıcıllıq xüsusiyyətlərinə malik olması onların bioloji aktivliyə sahib ola biləcəyini göstərir.
Alimlərin sözlərinə görə, 314 mikropetidin səviyyəsi şişin müxtəlif mərhələləri üzrə dəyişib. Bu, onların şişin böyüməsini idarə etdiyini sübut etmir. Lakin həmin qanunauyğunluq mikropetidlərin şiş proseslərində rol oynaya biləcəyini və ya xəstəliyin gedişatındakı dəyişiklikləri izləmək üçün biomarker kimi istifadə edilə biləcəyini göstərir.
Müəllif: Adəm
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI





































