Sağlamlıq
Arıqlamaq istəyənlərin etdiyi əsas səhv: Çəki niyə geri qayıdır?
Sərt pəhrizlər və həddindən artıq fiziki yüklənmə arıqlamaq əvəzinə, itirilən çəkinin qısa müddətdə geri qayıtmasına səbəb ola bilər.
Publika.az xəbər verir ki, bu barədə “Kp.ru”ya açıqlamasında həkim-endokrinoloq və dietoloq Aleksey Kalinçev bildirib.
Onun sözlərinə görə, kalorilərin kəskin şəkildə azaldılması, hətta aclığa qədər gedib çıxan pəhrizlər orqanizm üçün ciddi stress yaradır. İnsan belə rejimə adətən 2-3 ay davam gətirir, daha sonra pəhrizi dayandıraraq əvvəlki qidalanma rejiminə qayıdır.
Həkim bildirib ki, bu zaman insan 5 kiloqram arıqlasa belə, sonradan 10 kiloqrama qədər çəki toplaya bilər. Orqanizm isə piyləri daha aktiv şəkildə ehtiyatda saxlamağa başlayaraq itirilmiş çəkinin sürətlə geri qazanılmasına şərait yarada bilər.
Həkim çəkiyə nəzarət üçün qısamüddətli və sərt pəhrizlər əvəzinə müntəzəm qidalanma və gündəlik orta səviyyəli fiziki aktivliyi, xüsusilə də yeriməyi tövsiyə edib.
Müəllif: Roza
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır






































