Sağlamlıq
100 yaşlılardan uzun ömrün sirrini soruşdular - 7 vacib tövsiyə
100 yaşdan yuxarı insanların bir qismi hələ də avtomobil idarə edir, mütəmadi idmanla məşğul olur və gündəlik məişət işlərini müstəqil şəkildə həyata keçirir.
Publika.az xəbər verir ki, “TODAY.com” 100 yaş həddini keçmiş insanların uzunömürlülük və aktiv həyatla bağlı tövsiyələrini dərc edib.
108 yaşlı Syuzan Yanq Braun uzun illərdir idmanı gündəlik həyatının bir hissəsinə çevirib. O, hər səhər dartınma, tarazlıq və ayaqlar üçün müxtəlif hərəkətlər edir. Delaver ştatında tək yaşayan qadın hələ də çəlikdən istifadə etmir və avtomobil idarə edir.
Ünsiyyət və sosial həyat
101 yaşlı Con Kerroll və 100 yaşlı həyat yoldaşı Cerri 80 ildir birlikdədir. Cütlük hər cümə günü “McDonald’s”da səhər yeməyi yeməyi ənənəyə çevirib. Cerri insanlardan təcrid olunmamağın vacibliyini vurğulayır.
Məqalədə qeyd olunur ki, 148 araşdırmanın təhlili güclü sosial əlaqələrin uzunömürlülük ehtimalının artması ilə əlaqəli olduğunu göstərib.
Yaşıl qidalar
105 yaşlı veteran Dominik Kritelli ev işlərini özü görür və saksofon çalır. O, uşaqlıqdan Aralıq dənizi pəhrizinə üstünlük verdiyini və zəncirotu yarpaqlarını sevdiyini bildirir.
Pozitiv düşüncə
100 yaşlı Eleyn LaLann isə uzun ömrünün əsas amillərindən biri kimi pozitiv düşüncəni göstərir. Onun sözlərinə görə, mənfi fikirlərdən uzaq durmaq insanın həyatına müsbət təsir edir.
Aktiv həyat tərzi
101 yaşlı Enn Anciolletti onilliklərdir Nyu-Cersidə öz zərgərlik mağazasını idarə edir. O, sevdiyi işin hər gün ayağa qalxmaq və aktiv olmaq üçün ona motivasiya verdiyini deyir.
103 yaşlı Rut Kundsin isə uzun müddət məşqçi ilə idman edib. Onun tövsiyəsi qarşıda həmişə səbirsizliklə gözlənilən bir hadisənin olmasıdır.
101 yaşlı Cokleta Uilson isə insanlara xırda məsələlərə görə narahat olmamağı və əsəblərini qorumağı məsləhət görür.
Məqalədə Ukraynadan olan 101 yaşlı Mixail Rudenko da nümunə kimi göstərilib. O, hələ də bağ və arı təsərrüfatına özü qulluq edir, hər səhər və axşam müxtəlif hərəkətlər edir. Rudenko uzunömürlülüyün əsasını təmiz havada işləmək, narahatlıqlara boyun əyməmək və insanlara təmənnasız kömək etməkdə görür.
-
Dünya13:18Aral gölü necə məhv edildi? - Ekoloji fəlakətə səbəb olan şok faktlar
-
Cənubi Qafqaz11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA
-
Nida Xəbər 10:52Bu şəxslər hərbi xidmət keçmədən “yararlı” bilet ala bilər
-
Sosial10:16Formula-1 zamanı Bakıda bu yollar bağlı olacaq
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO















.jpg)





















.jpg)


