Sağlamlıq
Arıqlama iynələri ilə bağlı xəbərdarlıq: Görün hansı təsirləri var imiş
Arıqlamaq məqsədilə istifadə olunan iynələr hər kəs üçün uyğun deyil.
Publika.az xəbər verir ki, bu barədə dietoloq Anton Polyakov “Mk.ru”ya açıqlamasında danışıb.
Mütəxəssisin sözlərinə görə, artıq çəki və piylənməsi olan insanlara bu preparatları tibbi göstəriş olmadan tövsiyə etmək olmaz. Səbəb isə onların bir sıra yan təsirlərinin olmasıdır.
Polyakov qeyd edib ki, bu preparatlar ilkin olaraq şəkərli diabetin müalicəsi üçün hazırlanıb. Əsas məqsədi qanda şəkərin səviyyəsini azaltmaq, həmçinin ürək-damar sistemi, böyrəklər və görmə ilə bağlı fəsadların riskini aşağı salmaqdır.
Bundan başqa, preparatların iştahanı azaltdığı və bunun nəticəsində çəki itkisinə səbəb olduğu müəyyən edilib. Bu xüsusiyyət onların arıqlamaq məqsədilə istifadəsini genişləndirib.
Bundan əlavə, tibb elmləri doktoru Ança Baranova bildirib ki, bu preparatlar insanın dad seçimlərinə təsir göstərə, şirniyyata və hətta alkoqola marağı azalda bilər.
Müəllif: Roza
-
ABŞ08:12ABŞ və İsrailin İrana yeni hücum planı - Hədəflər bəlli oldu
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi
-
Nida Xəbər 21 Oktyabr 18:50Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye
-
Rəsmi xronika21 Oktyabr 17:09“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı
































